Mühasib

  • Şam-Fi MMC
  • Elanın qoyulma tarixi: 21.01.2020
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

“Şam-Fi” MMC 2004-cü ildə yaranmışdır. İlk zamanlar topdan satış mərkəzi kimi fəaliyyətə başlayan şirkətimiz qısa müddət ərzində inkişaf edərək yüksək səviyyəli xidməti ilə seçilən müasir ticarət şirkətinə çevrilmişdir. Distribüter olduğumuz şirkətin məhsullarının öncə Bakı şəhərində, az bir müddətdən sonra isə Azərbaycanın bütün bölgələrində satışının təşkil edilməsini həyata keçirdik.

Hal-hazırda komandamıza aşağıdakı tələblərə uyğun Mühasib axtarılır.

İş barədə məlumat:

• Şirkətin mühasibatlığına aid tələb edilən sənədlərin hazırlanıb işlənilməsi
• Hesab Fakturaların yazılması
• E-Qaimə Faktura, Elektron Vergi Hesab Fakturaların tərtib olunması və göndərilməsi, gömrük bəyannamələri ilə bağlı əməliyyatlarda işləmək bacarığı
• E-Portal proqramı ilə işləmək bacarığı
• Bank sənədlərinin Logo proqramına daxil edilməsi
• Müştəri hesablaşmaları üzrə əməliyyatlar
• Müştəri borcları ilə bağlı lazımı analizlərin edilməsi
• Satışdan yarana biləcək geri qaytarmaların (vozvratların) Logo proqramına işlənilməsi
• AR Qanunvericiliyində nəzərdə tutulmuş yeniliklər barədə xəbərdar olması və digər

Tələblər:

• Ali iqtisadi təhsil
• Office proqramları ilə işləmə bacarığı (MS Word, Excel, LOGO Tiger proqram biliyi üstünlükdür)
• Debitor və kreditor borcları təyin etmək bacarığı
• Vergi proqramları ilə işləmək bacarığı
• Komanda halında iş qabiliyyəti
• Şəxsi inkişafa meyli olmaq;

Digər məlumatlar:

• Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun sənədləşmə
• İş rejimi 09:00-18:00
• İş günlərinin sayı 5 gün
• Nahar şirkət tərəfindən qarşılanır.
• Biznes məhsuldarlığı baxımından əhəmiyyətli olan təlimlər təmin olunacaq

Uyğun namizədlər mövzu qismində "Mühasib" sözünün qeyd edərək cv-lərini [email protected] e-mail adresinə göndərə bilərlər.

Ətraflı məlumat üçün http://sham-fi.az/