Xaricdə Təhsil Mütəxəssisi

İşin təsviri

4 qitədə 33 ölkəyə tələbə göndərməyi bacarmış Xaricdə təhsil komandamıza yeni əməkdaşlar axtarışındayıq:

İş öhdəlikləri

- İstəklərə və göstəricilərə əsasən uyğun universitet və proqramları araşdırmaq
- Universitet müraciət prosesini həyata keçirmək
- Sənədləri və tarixləri dəqiq təqib etmək və məlumatlandırmaq
- Partnyor universitetlərlə yazışmalar

Tələb olunan bacarıq və keyfiyyətlər

- Kompüterdən və Axtarış motorlarından istifadə edə bilmək
- Detallara əhəmiyyət verən
- Səbrli, məsuliyyətli və punktual
- İntermediate ingilis dili
- Bu sahədə təcrübəli namizədlərə üstünlük verilir, amma şərt deyil
- Akademik yazı bacarıqları böyük üstünlükdür

Bizimlə minimum 1 il işləmək şərti var.
İş saatları: Namizədə əsasən 5 vəya 6 günlük iş planlaması mümkündür
Maaş: fix + bonus
Maaşla bərabər IELTS-i olmayan əməkdaşımız dərslərimizdə iştirak edə bilir.
Başlanğıc maaş namizədin bilik, təcrübə və bacarıqlarına əsasən intervyu zamanı müəyyən edilir.

Uyğun namizədlər müraciətlərini [email protected] email adresinə "Xaricdə təhsil mütəxəssisi " başlığı ilə edə bilərlər.
Şamil Əzizbəyov Küçəsi 173, Bakı, AZE

İşəgötürənin reytinqi