Tibbi xidmətlər şöbəsində assistent/ kiçik mütəxəssis

  • PAŞA Sığorta
  • Elanın qoyulma tarixi: 16.01.2020
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə və Öhdəliklər:

• İş günü ərzində sığorta hadisələri ilə bağlı müraciətlərin müvafiq tibb müəssisələrinə yönləndirilməsi
• Ehtiyac yarandığı hallarda və ya birbaşa rəhbərin göstərişi ilə müştərilərdən gələn zənglərin cavablandırılması, sual və sorğuların cavablandırılması, şikayətlərin həll edilməsi və məsləhətlərin verilməsi
• Sığorta olunan şəxslərin maraqlarının müdafiəsi məqsədilə tibb müəssisələrinin sığorta şöbələrinin nümayəndələri və müalicə həkimləri ilə bilavasitə danışıqların aparılması;
• Tibbi sığorta üzrə baş vermiş sığorta hadisələrinin ilkin tənzimlənməsi üzrə işlərin aparılması, sığorta olunanların müraciət faktları ilə bağlı tibb müəssisələrindən daxil olan məlumatların ProTech Sisteminə daxil edilməsi;
• Tibbi sığorta üzrə sənəd bazasının yaradılması və daimi yenilənməsi işində rəhbərliyə dəstək;
• Birbaşa rəhbərin digər tapşırıqlarının yerinə yetirilməsi.

BİLİKLƏR

• Ali tibb təhsili;
• Komyuter bilikləri: Microsoft Office proqram təminatı paketi üzrə əsas biliklər;
• Dil bilikləri: Azərbaycan və rus dillərini sərbəst bilmək, ingilis dili arzu olunandır.

TƏCRÜBƏ

• Tibbi sığorta sahəsində və ya müvafiq səhiyyə sahəsində ən azı 1 il iş təcrübəsi arzuolunandır.

BACARIQLAR

• Ünsiyyət qurmaq bacarığı;
• Qeyri standart vəziyyətə cəld reaksiya vermək.

Son müraciət tarixi: 20 fevral, 2020.
Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzü” bölməsində qeyd etməklə CV-nizi [email protected] ünvanına göndərin.