SƏTƏM üzrə mütəxəssis

  • Elanın qoyulma tarixi: 14.01.2020
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifənin adı : SƏTƏM üzrə mütəxəssis

Vəzifə öhdəlikləri:

• Bütün işçilər, podratçılar və əraziyə yeni gəlmiş qonaqların SƏTƏM qaydaları ilə tanış etmək;
• Əməyin mühafizəsi üzrə Qanunvericilik və digər tələblərə dair məlumatı rəhbərliyə, işçilərə həmçinin potratçı və təşkilat ilə bağlı bütün tərəfləri məlumatlandırmaq və əməl edilməsinə nəzarət etmək;
• Əməyin mühafizəsi üzrə qanunvericilik və digər normativ hüquqi aktların tələblərinə uyğunluğu qiymətləndirmək məqsədi ilə dövrü qiymətləndirilmələrin aparılmasında iştirak etmək;
• İş yerlərində proses və avadanlıqla əlaqədar təhlükələrin təyin etmək, risklərin qiymətləndrimək, zəruri tədbirlərinin alınmasında istirak etmək və alınan tədbirlərə əməl olunmasına nəzarət etmək;
• Baş vermiş bədbəxt hadisələrin təhqiqatını aparmaq, hadisəni törədən səbəblərin müəyən etmək, hadisələrin bir daha baş verməməsi üçün tədbirlər planının hazırlanmasında iştirak etmək və müəyyən edilmiş səbəblərin aradan qaldırılmasına və tədbirlər planının hayata keçirilməsinə nəzarət etmək;
• Baş verə biləcək bədbəxt hadisələrin qarşısının alınması və əmək şəraitinin yaxşılaşdırılması üzrə profilaktik tədbirlər hazırlaması və həyata keçirilməsində iştirak etmək;
• Ərazidə Fərdi mühafizə vasitələrinin geyinilməsi, avadanlıqların, mühafizə vasitələrinin zəruri sınaqlarının və texniki müayinənin vaxtında keçirilməsinə, qoruyucu və mühafizə vasitələrinin vəziyyətinə nəzarət etmək;
• Gündəlik sahə yoxlamalarının aparılması və yoxlamalar nəticəsində aşkar edilmiş uyğunsuzluların aradan qaldırılmasını təqib etmək;
• SƏTƏM üzrə tələb olunan sənədlərin olmasının və əlaqədar heyət tərəfindən başa düşülməsini təmin etmək;
• Fövqəladə hallarla mübarizə planlarına və Şirkətin/Podratçıların hazırlıq səviyyəsini təmin etmək üçün təlimlər keçirmək;
• Yanğın təhlükəsizliyi üzrə vasitələrin, balonların işlək vəziyyətdə olmasını təmin etməli, personalı fövqəladə hallar zamanı görüləcək işlər barədə, həmçinin, təxliyyə planı barədə təlimatlandırmaq.

Tələblər

* Ali təhsil (Texniki təhsil arzuolunandır);
• Yaş həddi 28 -45,
• Analoji sahədə ən azı 3 il iş təcrübəsi (İstehsal sahəsində təcrübə arzuolunandır);
• Azərbaycan dilinində sərbəst danışmalı, Rus və İngilis dillərini arzuolunan;
• Microsoft Office proqramlarını istifadəçi səviyyəsində bilmək;
• Stressə davamlı, dürüst və analitik düşünmə bacarığı olmalıdır.

Əlavə məlumatlar:

• Əmək haqqı 800-1000 Azn
• Şirkət tərəfindən naharla, nəqliyyatla ilə təmin olunur; İş yeri Sixovda yerləşir.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “SƏTƏM mütəxəssisi” yazaraq [email protected] ünvanına göndərilməsi xahiş olunur.

tərəfindən digər vakansiyalar