İngilis dili fənni üzrə müəllim (azərbaycan və rus bölmələri)

İşin təsviri

“Kaspi” Təhsil Şirkəti ingilis dili fənni üzrə (azərbaycan və rus bölmələri) müəllim işə qəbulunu elan edir.

Minimum vakansiya tələbləri:

• Müvafiq sahə üzrə bakalavriat dərəcəsi;
• Sahə üzrə 1 illik təcrübə;

Tələb olunan bilik və bacarıqlar:

• Peşəsinə yüksək motivasiya ilə yanaşma;
• Fərdi və komandada işləmək bacarığı;
• Yüksək çalışmaq və öyrətmək həvəsi;
• Sinfin idarə edilməsi bacarığı;
• Müasir təlim və tədris metodlarını tətbiq etmək bacarığı.

“Kaspi” Təhsil Şirkəti bizimlə işləməyin müqabilində sizə təklif edir:

• Rəqabətə davamlı əmək haqqı və imtiyazlar;
• Fərdi və peşəkar inkişaf imkanları;
• Tədris əsnasında müasir texnologiyalardan istifadə imkanı;
• Peşəkar və dəstəkləyici işçi heyəti ilə çalışmaq imkanı;
• Yeni təklif və ideyaları irəli sürmək və reallaşdırmaq fürsəti.

• Maraqlananlar İşə müraciət formasını doldurmaqla müraciət edə bilərlər. (https://www.kaspi.edu.az/career/)
• Yalnız müraciət formaları ilkin baxışdan uğurla keçən namizədlərlə əlaqə saxlanılacaq.
• Son müraciət tarixi: 31.01.2020