Tibb bacısı

  • AVT Logistics
  • Elanın qoyulma tarixi: 27.12.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Şirkət haqqında: 1994-cü ildə əsası qoyulmuş Veysəloğlu Şirkəti hal-hazırda 14.000 nəfərdən artıq əməkdaşla Veysəloğlu Şirkətlər Qrupu olaraq fəaliyyətinə davam edir. 2020-cu ildə ciddi böyümələr planlayan Veysəloğlu Şirkətlər Qrupu öz karyerasını şirkətdə qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir.
Qeyd: Vakansiya Bakı, Mingəçevir və Salyan şəhərləri üzrə aktivdir.

Vəzifə: Tibb bacısı
İş yeri: Bakı,Mingəçevir,Salyan.
İş təcrübəsi: 5-7 il
Təhsil: Tibbi təhsil (Orta ixtisas təhsili)
Yaş həddi: 30-45 yaş

İşin Təsviri:  Həkiməqədər tibbi yardımı göstərmək və həkim təyinatının yerinə yetirilməsini təmin etmək.

Vəzifə öhdəlikləri:
- Tibbi alətlərin, sarğı materiallarının və xəstələrə qulluq predmetlərinin
sterilizasiyasını həyata keçirmək;
- Həkim təyinatının yerinə yetirilməsini təmin etmək;
- Dərman vasitələrinin qeydiyyatını, saxlanılmasını,
istifadəsini həyata keçirmək, o cümlədən dərman vasitələrinin qalığına nəzarət etmək;
- Sanitariya-gigiyenik rejimə, aseptika və antiseptika qaydalarına, alət və
materialların sterilizasiya şərtlərinə, inyeksiyadan sonrakı fəsadların, hepatitin, İİV
infeksiyasının qarşısının alınmasına riayət edilməsi üzrə tədbirləri həyata keçirmək.

Tələblər:
- Tibbi deontologiyanı bilmək;
- Tibb bacısının iş prinsiplərini bilmək;
- MS Office proqramlarını bilmək arzuolunandır.

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Təminatlar:
- İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
- Nahar ilə təmin edilmə;
- Endirimli tibb xidməti;
- Əmək müqaviləsi.

İş qrafiki: 6 günlük (növbəli)

Müraciət qaydaları: CV-nizi [email protected] elektron poçt ünvanına mövzu hissədə vəzifə adını yaşayış yerinə uyğun - “Tibb bacısı Bakı” “Tibb bacısı Mingəçevir” “Tibb bacısı Salyan”  yazıb göndərməklə müraciət edə bilərsiniz.