KOS Kreditlərinin Təhlili Şöbəsinin Mütəxəssis/Aparıcı/və Baş Mütəxəssis

  • Kapital Bank
  • Elanın qoyulma tarixi: 25.12.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Kredit Anderraytinqi Departamentinin KOS Kreditlərinin Təhlili Şöbəsinin Mütəxəssisi, Aparıcı mütəxəssisi və Baş Mütəxəssisi

Ümumi məlumat

Kapital Bank namizədləri Kredit Anderraytinqi Departamentinin Biznes Kreditlərinin Təhlili Şöbəsində Mütəxəssis, Aparıcı mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Öhdəliklər

• Müştərilərin maliyyə və biznes təhlilini aparmaq;
• Borcalanın ödəmə qabiliyyətini qiymətləndirmək, maliyyə vəziyyətində baş verən dəyişiklikləri izləmək, proqnozlar hazırlamaq, sifarişin məqsədə uyğunluğunu və effektivliyini qiymətləndirməklə kreditin verilməsi barədə yekun rəy bildirmək;
• Risklərin düzgün qiymətləndirilməsi və bankdaxili digər normativ qaydaların tələblərinin qorunmasına nəzarət edilməsi;
• Vəzifə funksiyalarından irəli gələn və rəhbərlik tərəfindən verilən göstərişlər əsasında digər öhdəlikləri yerinə yetirmək.

Tələblər

• İqtisadi, maliyyə və ya riyazi sahə üzrə ali təhsil;
• Analitik düşünmə və operativ qərarvermə qabiliyyəti;
• Yüksək ünsiyyətqurma qabiliyyəti;
• Maliyyə hesabatlarının hazırlanması və təhlili qaydaları;
• Məsuliyyətlilik və detallara qarşı diqqətlilik;
• CFA və ya ACCA sertifikatlarına sahib olma arzuolunandır;
• Rus və İngilis dili biliklərinin olması arzuolunandır;
• Bank qanunvericiliyi barədə biliklər;
• Bank sahəsində müvafiq sahə üzrə iş təcrübəsi arzu olunandır.

CV-lərinizi, mövzu hissəsində “Kredit Anderraytinqi Departamentinin KOS Kreditlərinin Təhlili Şöbəsinin Mütəxəssisi, Aparıcı mütəxəssisi və Baş Mütəxəssisi” qeyd etməklə [email protected] e-mail ünvanına göndərə bilərsiniz.

İşəgötürənin reytinqi