HR Manager ( female )

  • NetFrame
  • Elanın qoyulma tarixi: 15.12.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

HR Manager ( female )

· Əmək qanunvericiliyinə, nizamnaməyə, təlimatlara və rəhbərinin əmrlərinə uyğun işçilərin işə qəbulu, bir vəzifədən digər vəzifəyə keçidi, kadrların ixtisasının artırılması və işdən azad edilmələrinin və s. sənədlərin rəsmiləşdirilməsi.
· Şəxsi heyətin uçotuna, çalışanlara cari və keçmiş əmək fəaliyətləri haqqında arayışlar vermək, kadrlar üzrə təyin olunmuş sənədləri icra etmək eləcə də işçilərin mükafatlandırılması üçün materiallar hazırlanmaq.
· İşçilərin şəxsi işlərini aparmaq, formalaşdırmaq.
· Kadrlar üzrə cari və perspektiv planları işləyib hazırlamaq.
· Kadrlara aid olan təlabat haqqında lazımi yerlərə məlumat vermək.
· Kadr axınının səbəblərini öyrənmək, onun aradan qaldırılması üçün tədbirlər hazırlamaq və rəhbərliyə təqdim etmək.
· Məzuniyyət qrafiklərini tərtib etmək, işçilərə məzuniyyətlərin verilməsinin uçotunu aparmaq, verilən məzuniyyətlərin cədvələ uyğun istifadə edilməsinə nəzarət etmək.
· Kadrlar üzrə hesabatları tərtib etmək və tələb olunan yerə təqdim etmək.
· Zərurət olduqda, işçilərin maddi və intizam məsuliyyətinə cəlb olunması üçün materialları hazırlamaq.
· Xidməti borcunu vaxtında və dəqiq yerinə yetirmək, təşəbbüskar olmaq, ixtisasını daim təkmilləşdirmək.
· Əmək məhsuldarlığını artırmaq , işdə yüksək keyfiyyət göstəricilərinə nail olmaq.
· Şöbənin funksional fəaliyyəti ilə bağlı aidiyyəti struktur bölmələrlə qarşılıqlı əlaqələr qurmaq, zəruri sənədlərin yoxlamasını aparmaq, zəruri olan sənədlərin təqdim olunmasını işçilərdən tələb etmək.
· Öz funksional vəzifələrini yerinə yetirməkdə ona maneə törədən səbəbləri aradan qaldırmaq üçün tədbirlər görmək.
· İşçi heyətə ixtisasının yüksəldilməsi məqsədi ilə,səlahiyyətli orqanlar tərəfindən təlim-tədris keçməklə, müvafiq sertifikatların verilməsi işlərini təşkil etmək.
· Şirkətin fəaliyyətinin, habelə rəhbərlik etdiyi şöbənin işinin təkmilləşdirilməsi məqsədilə şöbənin tabe olduğu instansiya rəhbərinə müvafiq təkliflər vermək.

BİLMƏLİDİR

- Əmək qanunvericiliyinin əsaslarını;
- Kadrlara aid olan normativ, metodik və digər rəhbər materialları;
- Kadrlar şöbəsinin əsasnaməsini, təlimat və digər rəhbər sənədləri, kadr işinin təşkilini və hesabatlarının tərtib edilməsini;
- İşçilərin işə qəbulu və azad edilməsi haqqında qüvvədə olan qanunvericiliyi;
- Kadrların ixtisas və peşəkarlığının artırılması işini;
- Əmək kitabçalarının, şəxsi işlərin aparılması və qorunmasını, pensiyaların təyin edilməsi üzrə lazımi sənədlərin tərtib edilməsini;
- Kadrların hərəkətlərinin uçot metodlarını;
- Əmək proseslərinin təşkili, sosial psixologiya və sosiologiyanın əsaslarını;
- Şirkətin işgüzar profilini, fəaliyyət istiqamətlərini, istehsalat ixtisaslaşmasını, struktur bölgüsünün xüsusiyyətlərini;
- Əməyin və idarəçiliyin təşkil olunmasının əsaslarını;
- Əməyin mühafizəsi normalarını və daxili nizam qaydalarını
- Təhlükəsizlik texnikasını, istehsalat sanitariyası və yanğından mühafizənin qayda və normalarını;
- İşgüzar ünsiyyətin əxlaqını və peşə etiketi qaydalarını.

ZƏRURİ ŞƏRTLƏR

Təhsili - Ali
İş təcrübəsi - Ən azı 3 il ixtisasına görə təcrübəsi olmalıdır
Kompüter biliyi - Biliyi və təcrübəsi olmalıdır.
Yaş - 35 qədər
Elektron Hökümət Portalında sərbəst işləməlidir.

E - mail : [email protected]

NetFrame tərəfindən digər vakansiyalar