UI/UX Dizayner Təcrübəçi

  • ATL Tech
  • Elanın qoyulma tarixi: 12.12.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

ATL Tech şirkəti 2013-cü ildən informasiya və kommunikasiya texnologiyaları sahəsində fəaliyyət göstərən şirkət kimi təsis edilmişdir. Şirkətimiz rəqəmsal transformasiya, rəqəmsal strateji inkişaf, Süni Zəka, proqram təminatlarının hazırlanması və inkişafı, sistemlərin inteqrasiyası, texniki layihələrin idarəedilməsi üzrə ixtisaslaşmışdır. Əməkdaşlarımız müxtəlif sahələr üzrə maliyyə institutları, bank, sığorta və həmçinin dövlət idarələri üçün çoxsaylı, böyük həcmli, kritik informasiya sistemlərinin hazırlanması və rəqəmsal çevrilmə layihələrini idarə edilməsində aparıcı rollar almışdır. Ən qabaqcıl texnologiyaları tətbiq etməklə, biz şirkətlərə gündəlik əməliyyatları sadələşdirməyə, optimallaşdırmağa və minimal xərclərlə maksimal effektivliliyi əldə etməyə kömək edirik.

ATL Tech MMC, Məhsulların İnkişafı Departamentində "UI/UX" Dizayner Təcrübəçi axtarışındadır. Təcrübə proqramı 3 ay boyunca davam edəcəkdir. Proqram boyunca Siz, real layihələrdə tapşırıqlar ilə çalışacaq, nəzəri və praktik biliklərə yiyələnəcəksiniz. Təcrübə proqramı ödənişsizdir . Təcrübə proqramının namizədin potensialından asılı olaraq iş təklifi oluna bilər.

Vəzifə öhdəlikləri;

 Veb, Mobil tətbiq dizaynlarının və mock-upların hazırlanması;
 Tapşırıqların təhlilində iştirak və istifadəçi ssenarilərinin hazırlanması;
 Dizayn və interfeyslərin inkişafı və tətbiqi dizayn - prototiplər də daxil olmaqla, hazır göstərilən interfeys elementlərinə qədər hazırlanması;
 İnterfeys üslubu təlimatının (UI/UX təlimatı) inkişaf etdirilməsi və saxlanması;
 İnterfeyslər üçün test skriptlərinin hazırlanması, praktikliyinin sınanılması;
 Müştəri şərhləri əsasında, biznes növünə uyğun olaraq, interfeyslərin hazırlanması;
 Marketinq şöbəsi əməkdaşları ilə əməkdaşlıq edərək, rəqəmsal istifadə üçün əlverişli interfeysi təhvil vermək;
 Layihələrin həyata keçirilməsi zamanı insan – kompyüter qarşılıqlı əlaqəsini nəzərə almaq;
 Proqram təminatlarının, tətbiqetmələrin hazır interfeyslərini test etmək və müştərilər ilə müştərək şəkildə düzəlişlər etmək.

Vakansiya üzrə tələblər;

 Komanda ilə qarşılıqlı əlaqə qurma və vəzifələrin effektiv yerinə yetirilməsi üçün güclü ünsiyyət bacarıqlarının olması;
 Sketch, Adobe Photoshop, Illustrator bilikləri;
 Web səhifələrinin dizayn xüsusiyyətlərini bilmək və veb üçün qrafiklərin optimallaşdırılması;
 Detallara fikir vermə bacarığı və öz fikirlərin mövcudluğu;
 Mobil cihazlara adaptasiya etmə;
 İnterfeys tətibiqinin reallaşdırılmasının keyfiyyətinə nəzarət.

Maraqlanan namizədlərdən qeyd olunan linkə https://career.atltech.az/vacancy/104 keçid edərək müraciətlərini təsdiqləməlri xahiş olunur. Yalnız uyğun olan namizədlər ilə əlaqə saxlanılacaqdır.