Dövrümüzün trendlərindən birinə çevrilən ailəvi istirahət və uşaq əyləncə sektoru Azərbaycanda gündən-günə inkişaf edir. Hədəf kütləsi əsasən gələcək nəslimiz olan uşaqlar olduğundan, bu sektor daim innovativ yeniliklər tələb edir.
Ölkəmizdə uğurla fəaliyyət göstərən Caspian Entertainment Company şirkəti Pasha Holding tərəfindən 2018-ci ildə yaradılaraq tədris və əyləncə məkanlarının ölkəmizə gətirilməsi və idarə edilməsi ilə məşğuldur.
Şirkətin uğurlu layihələri kimi Bumblebee Play / Preschool və Montessori Məktəbi, Amburan Kids uşaq əyləncə mərkəzi, Karting və Bakı bulvarındakı Dəniz Mall-da yerləşən və Qafqazda ilk dəfə yaradılan uşaqlar üçün əyləncə və innovativ tədris parkını nümunə göstərmək olar.
Caspian Entertainment Company şirkəti mövcud və qarşıdan gələn layihələrin uğurla aparılması üçün işçi heyətinə qoşulmaq istəyən bütün ali təhsil müəssələrinin tələbə və məzunları, uşaqlarla işləməyi sevən, yaradıcı və bacarıqlı gəncləri iş müraciətinə dəvət edir.
Vəzifə: Müştəri xidmətləri üzrə koordinator
İş öhdəlikləri:
- İnvestorların, biznes partnyorlarının, sənaye partnyorlarının, komanda üzvlərinin və ya Kinderland konseptini daha yaxşı başa düşməyə ehtiyacı olan topluluqların bütün növ səfərlərində iştirak və təşkil etmək
- Kinderland müştəri təcrübəsi ilə əlaqədar əməkdaşların oriyentasiyasına, təlimlərinə və kouçinqinə dəstək olmaq
- Xidmətin inkişafının ətraf mühitdə gözlənilən və gözlənilməyən dəyişikliklərlə bağlı olduğunu müəyyənləşdirməklə yanaşı, müştəri ehtiyacları istiqamətlərini təyin etmək yolu ilə həll yolları təşkil etmək üçün hərəkət planları hazırlamaq və həyata keçirməklə; keyfiyyət və müştəri xidmətləri kriteriyasını yerinə yetirməklə müştəri xidmətləri məqsədlərini tamamlamaq.
- Ziyarətçilərlə tez-tez əlaqə vasitəsilə müştəri xidmət tələblərini tənzimləmək; daha öncəki informasiya analizi və şikayət qeydiyyatlarını istifadə etməklə ən yaxşı təcrübələri bençmark etmək üçün Kinderland obyektinə nəzarət etmək
- Kinderland standardlarına uyğun müştəri xidmət sahəsi siyasəti və proseduraları yaratmaq
- Xidmət proseslərini yoxlamaq, dəyərləndirmək və uyğunlaşdırmaqla müştəri xidmətinin səviyyəsini artırmaq.
- Hadisə statistikasını, məsələlər, şikayətlər və həll yolları olan məlumat bazası yaratmaq, qeydiyyatını aparmaq və nəzarət etmək
- Xidmət proseslərini daha səmərəli etmək üçün Obyekt Menecerinə həftəlik idarəçilik hesabatları hazırlamaq
- Müştəri təcrübəsini inkişaf etdirmək üçün müxtəlif analiz vasitələrindən istifadə etmək
- Müştəri rəyi toplamaq, analiz etmək və daha sonra Kinderland ziyarətçilərinin xeyrinə xüsusi təcrübələr tərtib etmək
- Gündəlik brifinq və debrifinq iclaslarında iştirak etmək
Tələblər:
- Menecment, Administrasiya,Marketinq, Reklam və İncəsənət sahəsində minimum bakalavr təhsili
- Əyləncə və müştəri xidmətləri şöbəsində 3 il təcrübə
- Microsoft Office proqramlarında sərbəst işləmə bacarığı
- Yüksək səviyyədə azərbaycan,ingilis və rus dili bilikləri
- Uzun müddət oturmadan , hərəkətli qrafikdə çalışmaq bacarığı
- Növbə ilə, həftə sonları və çətin müştərilərlə (böyüklər və uşaqlar) işləmək
Email – [email protected]