Rus dili müəllimi

İşin təsviri

McTab Tədris Mərkəzində ərəb dili, rus dili, alman dili və uşaqlar üçün ingilis dili kursları və təlimləri yüksək təcrübəli müəllimlər və təlimçilər tərəfindən keçirilir. Müəllimlərimizin bir qismi də xarici ölkələrdə sertifikatlaşmış təhsil alıb, bu gün McTab Tədris Mərkəzində tədris edirlər.

McTab təlim və tədris mərkəzi Rus dili üzrə üzrə ixtisaslaşmış müəllim vakansiyasını elan edir:

Əsas vəzifə öhdəlikləri:

• Tədris planı, tapşırıqlar və imtahan suallarının hazırlanması
• Müasir tədris metodikalarına uyğun fərdi və qrup şəklində dərslərin keçirilməsi
• Korporativ müraciətlər yarandığı təqdirdə şirkətlərdə tədris etmə imkanı

• Tələbələrin müvəffəqiyyət səviyyələrinin qiymətləndirilməsi

Əsas tələblər:

• Ali təhsil
• Qeyd olunan sahə üzrə minimum 1 il iş təcrübəsi
• Yaş həddi 23-35
• Yüksək motivasiya və komanda ilə işləmək bacarığı
• Pedaqoji bacarığın olması
• İşində məsuliyyətli və dəqiq olması

*Pedaqoji təcrübə mütləqdir.

İş qrafiki: razılaşma əsasında
Əmək haqqı: razılaşma əsasında

Maraqlanan namizədlər (Word və ya PDF formatında) CV –lərini mövzu hissəsində vakansiya adını yazaraq [email protected] elektron ünvanına göndərilməsi xahiş olunur.

McTab Tədris Mərkəzi tərəfindən digər vakansiyalar