“Azertexnolayn” MMC-nin Mərkəzi Laboratoriyasına “Laboratoriya Mühəndisi” vakansiyası üzrə əməkdaş axtarırıq.
Əsas vəzifə öhdəlikləri:
Laboratoriyada olan avadanlıqların iş prinsipini bilmək və təlimatlarını yazmaq;
Müştəridən gələn sifarişlərin izlənilməsi və müştəriyə göndərilən sənədlərin yoxlanılması;
Laboratoriyalarda iş bölgüsünün aparılmasında iştirak etmək;
Layihələr ilə əlaqəli bütün nəzarət olunan keyfiyyət sənədlərinin saxlanılmasını təmin etmək;
Laboratoriyalarda əməliyyatların aparılmasını Keyfiyyət İdarəetmə Sisteminə uyğun həyata keçirtmək;
Bütün hesabatların sifarişlə uyğunluğunu yoxlamaq, təsdiqlətmək, bütün qeydlərə və sub-podratçı sənədlərinə nəzarət etmək;
ISO 17025 sənədlərinin hazırlanması, dəyişdirilməsi və Keyfiyyət İdarəetmə Sisteminə uyğunluğunu təmin etmək;
Mərkəzi laboratoriya müdirinə hesabatların hazırlanması.
Seçim meyarları:
İş təcrübəsi: Müvafiq sahədə minimum 3 il
Təhsili/ixtisası: Ali təhsil (Texniki sahə olması üstünlükdür)
Təlim və kurslar: ISO 17025 və ISO 9001
Bacarıqlar: MS office (word, excel yüksək səviyyədə)
Dil bilikləri: Rus və İngilis
Fərdi keyfiyyətlər: Analitik düşünmə, analiz etmə qabiliyyəti, məlumat toplama və təhlil etmə, dəqiqlik, məsuliyyət, ünsiyyət qabiliyyəti, düzgün qərar vermə, etibarlılıq və şirkətə sədaqətlilik, komanda ilə işləmə, aktiv öyrənmə bacarığı (özünütəkmilləşdirmə)
İş şərtləri:
Struktur: Mərkəzi Laboratoriya
İş yeri: Sumqayıt şəhəri, Kimyaçılar küçəsi 1. Sumqayıt Kimya Sənaye Parkı
Əlavə üstünlüklər: Nahar, telefon limiti və Bakı şəhərindən nəqliyyat servisi ilə təmin edilir.
Qeyd edilən tələblərə uyğun gələn namizədlərdən CV-lərini "Laboratoriya Mühəndisi" başlığı altında [email protected] ünvanına göndərmələri xahiş olunur