Mühasib
Vəzifə öhdəlikləri:
• Rəhbərliyin həvalə etdiyi işləri yerinə yetirir;
• Mühasibat hesabının müxtəlif sahələri üzrə əməliyyatları (əsas vəsaitlərin, əmtəə-maddi qiymətlilərin, istehsala çəkilən xərclərin, məhsulun satılmasının, təsərrüfat-maliyyə fəaliyyətinin nəticələrinin hesabının aparılması, sifarişçilərin-tədarükçülərin hesabı, eləcə də göstərilən xidmətlərə və s. hesabı) yerinə yetirir. Maliyyə intizamının yerinə yetirilməsində və ehtiyatlardan səmərəli istifadəyə yönəlmiş tədbirlərin işlənib hazırlanmasında və həyata keçirüməsində iştirak edir;
• Hesab faktura əsasında xərcləri və alış sifarişlərini ERP sisteminə daxil edir;
• Məhsulun (işin, xidmətin) maya dəyəri və hesabat kalkulyasiyasını tərtib edir. İtkinin əmələ gəlmə səbəblərini və qeyri-məhsuldar xərclərin mənbəyini üzə çıxarır, onları xəbərdar etmək üçün təkliflər hazırlayır;
• Pul vəsaitlərinin, mal-material qiymətlilərinın hesablanması və ödənilmə öhdəliklərinin inventarizasiyasının aparılmasında iştirak edir;
• Təhtəl hesab şəxslərlə əməliyyatlar aparır, vergi hesabatlarını hazırlayır və s.
Əmək haqqı:
• Əmək haqqı və satışa görə əlavə bonus
İş vaxtının rejimi:
• İş saat 09:00 başlanır, saat 18:00 bitir.
• İstirahət və nahar fasiləsi saat 13:00 - dan saat 14:00 - dəkdir.
• İstirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü iş günü hesab edilmir.
Namizədə tələblər:
• Ali təhsil (Maliyyə və mühasibat sahəsində);
• ACCA (F3) sertifikatı;
• İki il iş təcrübəsi;
• Yaş həddi: 25-40;
Vakansiya üzrə namizədlər işə müraciət anketlərini "mühasib” başlığı altında [email protected] elektron ünvanına göndərə bilərlər.