Çilingər

  • Elanın qoyulma tarixi: 02.12.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Şirkət haqqında:

1994-cü ildə əsası qoyulmuş Veysəloğlu Şirkəti hal-hazırda 14.000 nəfərdən artıq əməkdaşla Veysəloğlu Şirkətlər Qrupu olaraq fəaliyyətinə davam edir. 2020-cu ildə ciddi böyümələr planlayan Veysəloğlu Şirkətlər Qrupu öz karyerasını şirkətdə qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir.

Vəzifə: Çilingər.

İş yeri: Bakı şəhəri,Məhəmmədi qəsəbəsi.
İş təcrübəsi: 3-5 il.
Təhsil: Müvafiq sahə üzrə peşə təhsili.
Yaş həddi: 25-45.

İşin Təsviri:

Avtonəqliyyat mexanizmi və onlarla bağlı konstruksiyaların quraşdırılması, təmiri və bununla bağlı fəaliyyətləri yerinə yetirən şəxsdir.

Vəzifə öhdəlikləri:

- Avtonəqliyyat mexanizmi və onlarla bağlı konstruksiyaların quraşdırılmasında mürəkkəb işləri yerinə yetirmək;
- Avadanlıqların asılma üsullarını, sadə avadanlıqların növləri və onların tətbiq edilmə üsullarını, avadanlıq detallarının yağlanma üsullarını bilmək və çilingər alətlərini təyinatı üzrə işlətmək;
- Avadanlığın hissələrini təmizləmək və yağlamaq;
- Qüsurlu, köhnəlmiş, zədələnmiş və ya təhlükəli hissələri iş cədvəlinə uyğun şəkildə əvəzləmək, təmir etmək və ya bərkitmək;
- Əl alətləri ilə yivləri açmaq, qeyri-vacib detalları boltla bərkitmək;
- Difer və sürətlər qutusunun əsaslı təmirini təşkil etmək;

Tələblər:

- Sərbəst ünsiyyət bacarığı;
- Komanda ilə işləmək bacarığı;
- Layihələri vaxtında yerinə yetirmək.
- Mexaniki-texniki bilik və bacarıqları olmalı;
- Avadanlıqların texniki xüsusiyyətlərini, istismar qaydalarını bilməli;
- Texniki cizgiləri oxuya bilməli;
- Müəssisənin daxili nizam-intizam qaydalarına əməl etməlidir.

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Təminatlar:

- İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
- Nahar ilə təmin edilmə;
- Endirimli tibb xidməti;
- Əmək müqaviləsi.

İş qrafiki: 6 günlük

Müraciət qaydaları: [email protected] elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Çilingər” yazıb CV göndərərək müraciət edilir.