Ağır texnikaların servis müdiri

  • Fresh Logistics
  • Elanın qoyulma tarixi: 28.11.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

FRESH LOGİSTİCS MMC

AĞIR TEXNİKALARIN SERVİS MÜDİRİ.

Vəzifələr:

- Beynəlxalq və respublikadaxili daşımalarda istifadə edilən müxtəlif modelli avtomobillərin təmiri və texniki xidmətinin təşkili.
- Texniki təmirə ehtiyacı olan nəqliyyat vasitələrinin çeşidlənərək təmirə yönləndirilməsini təmin etmək.
- Şirkətə alınacaq yeni nəqliyyat vasitələrinin seçimində təkliflər vermək.
- Təmir zonasında mexanik tərəfindən tələb olunan ehtiyat hissələri və alətlərin təsdiqini təmin etmək.
- Avtomobilin təmiri xidmətinin sənədlərini hazırlamaq.
- Avtomobillərin periodik baxımlarını təmin etmək.
- Nasaz ağır texnikaların servisə qəbulunu sənədləşdirmək.
- Texniki nasazlıqlara düzgün diaqnozun qoyulmasında iştirak etmək.
- Texnikanın təmiri üçün müvafiq prosedurun ardıcıllığını hazırlamaq.
- Təmir işlərinə nəzarət etmək. Avtomobillərin avadanlıqlarına nəzarət etmək və çatışmayan avadanlıqları təmin etmək
- Görülən servis və təmir işlərinə aid hesabat hazırlamaq.
- İstehsalçı şirkətlərlə texnikanın təmiri mövzusunda danışıqlar aparmaq.
- Servis işlərinə və işçilərinə nəzarət.
- Servis iş sisteminin planlaşdırılması və sistemləşdirilməsi.

Namizədə qarşı tələblər:

- Müvafiq sahədə ali təhsil.
- Müvafiq sahədə ən az 2-3 il iş təcrübəsi.
Dil bilikləri: Azərbaycan, Rus vacib, İngilis dili arzu olunandı.
Kompüter bilikləri: MS Ofice, Outlook

İş haqqında

• İş vaxtı: 09:00 – 18:00
• İş günü: I-V günlər
• İşə gedib gəlmək üçün servis xidməti nəzərdə tutulmuşdur.
• Əmək haqqı: razılaşma əsasında.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini əlavədə AĞIR TEXNİKALARIN SERVİS MÜDİRİ qeyd etməklə [email protected], [email protected] elektron ünvanına göndərə bilərlər.