Kassir

  • Access Bank
  • Elanın qoyulma tarixi: 28.11.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Kassir

Əsas vəzifə və öhdəlikləri:

- Müəyyən olunmuş limitlər çərçivəsində nağd əməliyyatları icra etmək və bu istiqamətdə bankın müştərilərinə xidmət göstərmək;
- Nağd pul əməliyyatlarının icrası ilə bağlı zəruri olan bütün sənədləşmə prosesinin həyata keçirilməsi;
- Müvafiq qaydalarla müəyyən edilmiş limitlər çərçivəsində nağd vəsaitin hərəkəti ilə bağlı əməliyyatlar, o cümlədən nağd vəsaitin kassalar arası hərəkəti, vəsaitin hesablara daxil olması və hesablardan çıxarılması, habelə hesablara köçürülməsi və hesablardan köçürülməsi;
- Bankda mövcud olan bütün növ ödənişlərin (hesab açmaqla və hesab açmadan) həyata keçirilməsi, xarici valyutaların mübadiləsi və digər əməliyyatlar etmək;
- Nağd pul və qiymətlilərin saxlanması və daşınması ilə əlaqəli müvafiq hərəkətlərin təşkili və icrası.

Tələblər:

- Ali təhsil;
- Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;
- Kollektivdə çalışmaq qabiliyyəti və arzusu;
- Mükəmməl məsuliyyət hissi;
- Müştərilərlə işləyərkən peşəkar davranış və iş vaxtından sonra müsbət nüfuzun qorunub saxlanması, bankın əməkdaşlarına qarşı loyal münasibət;
- Azərbaycan, rus və ingilis dillərini bilmək;
- Kompüter savadı ( MS office proqramları )
- Zəruri hallarda bankın digər (o cümlədən, regional) filiallarına getmək imkanı və arzusu.

Maraqlanan şəxslər öz CV formalarını [email protected] elektron poçt ünvanına göndərə bilər. Xahiş olunur CV göndərdikdə “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd edəsiniz.

İşəgötürənin reytinqi