Keyfiyyətə nəzarət üzrə mühəndis (İnşaat)

  • Elanın qoyulma tarixi: 12.11.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Şirkət haqqında:

1994-cü ildə əsası qoyulmuş Veysəloğlu Şirkəti hal-hazırda 13.000 nəfərdən artıq əməkdaşla Veysəloğlu Şirkətlər Qrupu olaraq fəaliyyətinə davam edir. 2020-ci ildə ciddi böyümələr planlayan Veysəloğlu Şirkətlər Qrupu öz karyerasını şirkətdə qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir.

Vəzifə: Keyfiyyətə nəzarət üzrə mühəndis (İnşaat)

İş yeri: Bakı şəhəri
İş təcrübəsi: Müvafiq sahə üzrə ən azı 15 il iş təcrübəsi
Təhsil: Ali təhsil
Yaş həddi: 35-55

İşin Təsviri: Tikinti sahəsində keyfiyyətə təminat və təftiş işini planlaşdırmaq və təşkil etmək;.

Vəzifə öhdəlikləri:

- Tikinti sahəsində keyfiyyətə təminat və təftiş işini planlaşdırmaq və təşkil etmək;
- Tikintidə təftiş və yoxlama işləri həyata keçirmək:
- Təşkilat daxilində keyfiyyətə təminat tədbirlərini təşviq etmək və fəal dəstəyi təmin etmək:
- Keyfiyyət yoxlaması və keyfiyyətə təminat sisteminin hazırlanması ilə bağlı büdcə təklif etmək
- İxtisaslaşmış və ya hüquqi təftişlər ilə bağlı təyin edilmiş şəxslərin və ya kənar xidmətlərin fəaliyyətini əlaqələndirmək.
- Təftiş və keyfiyyətə təminat proseslərinin qeydiyyatını aparmaq:
- Təftiş zamanı istifadə edilən avadanlıq və materialları müəyyən etmək, seçmək və yoxlamaq.

Tələblər:

- Azərbaycan, rus, türk və ingilis dillərində yazılı və şifahi ünsiyyət bacarığı;
- Planlama qabiliyyəti;
- Yüksək təşkilatçılıq bacarığı;
- MS Office kompüter proqramından sərbəst istifadə etmək bacarığı.
- AutoCAD

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Təminatlar:

- Nahar ilə təmin edilmə;
- Endirimli tibb xidməti;
- 6 günlük iş qrafiki;
- Əmək müqaviləsi.

Müraciət qaydaları: [email protected] elektron poçt ünvanına mövzu hissədə vəzifə adını “Keyfiyyətə nəzarət üzrə mühəndis” yazmaqla müraciət edilir.