Cd’A (@cotedazurbaku) eksklüziv tortlar butiki öz sahəsi üzrə yüksək inkişaf edərək, müştəri məmnuniyyətini hər zaman əsas bilmişdir. Biz böyük ailə olaraq sizi peşəkar komandamıza qoşulmağa və birlikdə addımlamağa dəvət edirik. Bu, sizin inkişaf və bacarıqlarınızın həyata keçirilməsi üçün ideal bir şəraitdir.
Vəzifə: satıcı
İş haqqında:
Şirkətin təqdim etdiyi məhsulun satışının təşkili
Zənglər, görüşlər keçirməklə müştərilərə məhsul haqqında tam məlumatın verilməsi, məhsulun təqdimatı
Satış işinin düzgün aparılması və müdiriyyətə hesabatın verilməsi
Namizədə tələblər:
Yaş həddi 20-40
Satış sahəsi üzrə 2-3 il iş təcrübəsi
Qənnadıçılıq üzrə müəyyən biliyə sahib və bu sahədə öyrənməyə maraqlı olan
Gülərüz, operativ, insanlarla ünsiyyət qurma bacarığı və komandada işləmək qabiliyyəti
Daxili qaydalara və şəxsi təmizliyinə diqqət yetirən
Şirkətə məxsus Sosial Media hesabında mütəmadi paylaşım edilməsi
İşə məsuliyyətli yanaşmalı, diqqətli və dəqiq olmalı
Satışın artırılması üçün çalışmalı
Müştərilərdən gələn sualların vaxtında və dəqiq cavablandırılması, müştəri məmnuniyyəti
Azərbaycan və rus dillərini sərbəst bilən
Təhsilli və kompüter bilikləri olanlara üstünlük verilir
Maraqlanan şəxslər daha ətraflı məlumat üçün qeyd olunan nömrə ilə əlaqə saxlaya bilərlər.
Əlaqə tel: +994 50 209 90 07