Ofis ləvazimatları satışı üzrə mütəxəssis

  • A4 Plaza MMC
  • Elanın qoyulma tarixi: 06.11.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

A4 Plaza MMC – Ofis ləvazimatları satışı üzrə mütəxəssis

A4 Plaza şirkəti barəsində: Ətraflı məlumatı linkə daxil olub əldə edə bilərsiniz:
https://www.facebook.com/A4ofis/

VƏZIFƏ ÖHDƏLIKLƏRI:

• Bazar analizi
o Ofis ləvazimatları bazarının araşdırılması,
o Ofis ləvazimatları tələbatının öyrənilməsi və müştərilərin aşkarlanması,
o Rəqiblərin analizi,

• Satışın həyata keçirilməsi
o Potensial müştərilərlə görüşlər, ziyarətlər, müzakirələr,
o Potensial müştərilərə təkliflərin göndərilməsi,
o Müştəri portfelinin idarə olunması,
o Satış planının icra olunması,

• Marketinq aksiyalarının planlaşdırılması və həyata keçirilməsində iştirak,
• Lokal və beynəlxalq sərgilərin ziyarət olunması və ezamiyyətlər ola bilər,
• Şirkət daxilində müvafiq məhsul çeşidi üzrə ekspert olma,

NAMIZƏDƏ DAIR TƏLƏBLƏR:

Təcrübə və Texniki bacarıqlar:

• Ali təhsil (Rusiya, Ukrayna kimi ölkələrdə qiyabi təhsil qəbul edilmir),
• Rus dili, Azərbaycan dili,
• Ofis proqramlarında iş bacarığı (Excel, PP əsasən),
• Satış təcrübəsi üstünlükdür,
• İnternetdə axtarış qabiliyyəti,

Emosional bacarıqlar və vərdişlər:

• Kitab oxuma hobbisi olsa – üstünlükdür,
• İlkin kommunikasiyanı sürətlə yaratmaq qabiliyyəti,
• Ekstravert olsun, ünsiyyati sevsin,
• Detallara diqqətçil olsun,
• Münaqişələrin həllində effektiv olsun, səbrli olsun,

İŞ ŞƏRTLƏRİ VƏ İMKANLARI BARƏSİNDƏ:

• Əmək haqqı ilk 6 ay ərzində 500AZN hər ay üçün. Daha sonra bonus sistemi tətbiq olunacaq. İllik bonuslar.
• İş yeri: Zərdabi pr. Üç Tac yaşayış kompleksinin yaxınlığı (İnşaatçılar m. st. yaxınlığı),
• Biznes məhsuldarlığı baxımından əhəmiyyətli olan təlimlər təmin olunacaq,

Müraciətinizi e-mail ünvanına göndərin: [email protected]

A4 Plaza MMC tərəfindən digər vakansiyalar