SMM üzrə menecer

İşin təsviri

"Grace" Beauty Complex “SMM üzrə menecer” vakansiyası elan edir:

Vəzifə öhdəlikləri:

- Bazarın, rəqiblərin araşdırılması, analizlərin aparılması və tələbatın və trendlərin müəyyənləşdirilməsi;
- Facebook, İnstagram və digər sosial şəbəkələrdə SMM xidmətinin göstərilməsi;
- Sosial şəbəkələr üçün yüksək keyfiyyətdə və cəlbedici gündəlik paylaşım materiallarının (mətn, şəkil, video) seçilməsi, hazırlanması və web sayt, sosial media və bloga yerləşdirilməsi;
- Sosial mediada hədəf kütləni təyin edərək məhsullar, xidmətlər və prosedurlar barədə reklam aksiyalarının yerləşdirilməsi və onların effektivliyinə nəzarət edilməsi;
- Müştərilər tərəfindən rəylərdə və inboxda sorğuların inzibatçıya yönləndirilməsi və sualların cavablandırılması, xidmət və prosedurlar haqqında məlumatların verilməsi;
- Peşəkar foto və videoçəkilişlərin təşkil edilməsi və yayımının planlaşdırılması;
- Kampaniyalar, bayram günləri və s. günlərin qeydiyyatının aparılması və özəl postların paylaşılması;
- Bütün çap materiallarının (promo materialların) sifarişi olunması və nəzarətin həyata keçirilməsi;
- Reklamların və digər aktivliklərin sifarişinə, hazırlanmasına nəzarət edilməsi;
- Rəhbərliyin digər tapşırıqlarını həyata keçirilməsi və hesabatların hazırlanması.

Namizədə dair tələblər:

- Ali təhsil (Marketinq sahəsində)
- Sosial media marketinq (SMM) üzrə azı 2 il iş təcrübəsi
- Yaş həddi 25-35
- Dil bilikləri: Azərbaycan dili və rus dili əla səviyyədə, ingilis dili
- Dizayn proqramları (Adobe Photoshop, Corel Draw və s.) üzrə biliklərin olması vacibdir.
- Ms. Office proqramlarını bilməlidir.
- Komandada və sərbəst işləmə bacarığının olması, idarəetmə qabiliyyətli, məsuliyyətli olmalıdır.
- Sosial şəbəkələrdə maksimal “user interaction” (istifadəçilərlə qarşılıqlı əlaqə) əldə etmək üçün düzgün foto və video seçmək qabiliyyəti.
- Kreativ, qrafik dizayn etmək qabiliyyəti.
- Düzgün yazılı və şifahi ünsiyyət qurmaq.
- Əməkhaqqı – 500-700 AZN (Əməkhaqqı müsahibənin nəticəsinə görə müəyyən oluna bilər)

CV-lərinizi [email protected] ünvanına “SMM üzrə menecer" başlığı ilə göndərməyiniz xahiş olunur.

Grace Beauty Complex tərəfindən digər vakansiyalar