Dərzi-tikişçi

  • Embawood
  • Elanın qoyulma tarixi: 30.10.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

1996-cı ildən fəaliyyətə başlamış Embawood şirkəti artıq 23 ildir ki, müştərilərinin xidmətindədir. Bu period ərzində şirkətdə böyük dəyişikliklər baş vermişdir. Şirkət müştəri yönümlü strategiyanı özünün əsas prinsipi olaraq seçmiş və bu istiqamətdə əsaslı işlər görmüşdür.

Mebeldə arzulanan tərzi duya bilmək üçün keyfiyyət sistemi yeniləndi. Almaniyadan dəvət olunmuş konsaltinq şirkəti keyfiyyət sistemini daha yüksək səviyyəyə qaldırmaqla, istehsalata sözün əsl mənasında “alman keyfiyyəti”ni gətirdi.

Xidmət səviyyəsi daha yüksək pilləyə qaldırıldı. Müştəri xidməti xətti və satışdan sonrakı xidmət sistemi quruldu. Fəaliyyət göstərilən bütün ölkələrdə mebel alışından sonra 24 saat ərzində pulsuz çatdırma və quraşdırma xidməti göstərilir. Standart olaraq məhsulların zəmanət müddəti 2 ildir.

Məhsul portfelində çeşid çoxluğu, müasir və dəbdəbəli dizayn, keyfiyyətə nəzarət, satışdan sonrakı xidmət, müştəri yönümlülük kimi prinsiplər Embawood şirkətinə məhsullarını xarici ölkələrə də təklif etmək imkanı yaradır.

Vəzifə adı: Dərzi-tikişçi

İş qrafiki :

İş yeri: 6 günlük / saat 09:00 – 18:00
Sumqayıt, Azərbaycan

İşin təsviri :

• Texniki cizgiyə uyğun olaraq şablonların və ölçülərin yerləşdirilməsi və cızılması
• Parçaların kəsilməsi
• Kəsilmiş parçaların hissələrlə rəflərə yığılması
• Rəhbərliyin verdiyi təlimatları yerinə yetirməsi
• Tikiləcək modelin hissələrinin ölçülərinin cizgilərə əsasən yoxlanması
• Modelə uyğun ipliyin seçilməsi
• Parçaların sadə, basqılı və fitil üsulu ilə tikilməsi
• Tikilən modelin təhvil verilməsi

Tələblər :

• Peşə təhsili
• Müvafiq sahə üzrə iş təcrübəsi

Xahiş olunur CV göndərərkən mövzu yerinə tələb olunan vakansiyanı “ Dərzi-tikişçi qeyd edib bu ünvana göndərəsiniz. [email protected]

İşəgötürənin reytinqi