Əmlakın qiymətləndirilməsi və marketinq üzrə mütəxəssis

  • FM Consulting
  • Elanın qoyulma tarixi: 27.10.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əmlakın qiymətləndirilməsi və marketinq üzrə mütəxəssis tələb olunur.

Öhdəliklər:

1. Qiymətləndirmə üçün təqdim olunan sənədlərin ibtidai təhlili
2. Əmlakın identifikasiyası ( baxış keşirilməsi) qiymətləndirmə üzrə hesabatın tərtibi
3. Əmlakın qiymətləndirilməsi və təstiqi və əsaslandırılması
4. Bazar araşdırmaları.

Tələblər:

1. Ali təhsil (İqtisadiyyat üzrə)
2. Müvafiq sahədə iş təcrübəsi (ən azı- 1 ildən aşağı)
3. Qiymətləndirmə fəaliyyətini tənzimləyən qanun və normativ aktlar haqqında ətraflı nəzəri və praktiki bilik
4. Xarici dil ( rus dili ) bilikləri üstünlük təşkil edir.

Bir ay sınaq müddəti keçirilir.
İş qrafiki saat 9-dan 6-ya kimidir.

Əmək haqqı: Danışıq əsasında

Şirkət haqqında:

FM Consulting ” Məhdud Məsuliyyətli Cəmiyyəti 2012-ci ildə dövlət qeydiyyatından keçərək qiymətləndirmə şirkəti kimi fəaliyyət göstərməkdədir. Şirkət hüquqi və fiziki şəxslərə Azərbaycan Respublikasının «Qiymətləndirmə fəaliyyəti haqqında» Qanununa, Beynəlxalq Qiymətləndirmə Standartlarına (BQS), əmlakın qiymətləndirilməsi üzrə digər beynəlxalq qiymətləndirmə birliklərinin peşəkar qiymətləndirmə qaydalarına uyğun olaraq müxtəlif əmlak növlərinin qiymətləndirilməsi xidmətini göstərir. Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti və "Əmlak Bazarı İştirakçıları" İB-nin üzvüdür. Göstərdiyimiz nəticələr sayəsində bir sıra kommersiya banklarının, xarici və yerli şirkətlərin rəğbətini qazanmışıq. “FM Consulting” MMC bütün növ əmlakların (müəssisələrin, sığorta hadisələrinin və s.) rəsmi qiymətləndirilməsini həyata keçirmək məqsədi ilə yaradılmışdır. Şirkət hazırda, Bakı şəhərində yerləşən əsas ofisində çalışan yüksək ixtisaslaşdırılmış əməkdaşları və zəruri bilik və ixtisaslara malik, təcrübəli partnyorları vasitəsi ilə öz müştərilərinə xidmətlərini təklif edir. 

Əlaqə nömrəsi : +994 55 827 63 31
E-mail : [email protected]
Ünvan : Süleyman Rəhimov küçəsi, 179A (Avenue Veraj Plaza)