Kargüzar (Şəki şəhəri üçün)
Vəzifə öhdəlikləri
1. Daxil olan və xaric olan sənədləri qəbul etmək, qeydiyyatını aparmaq və rəhbərliyin tapşırığına müvafiq olaraq aidiyyəti üzrə struktur bölmələrə göndərmək;
2. Sənədli materialların keçməsinin qeydiyyat kartotekasını aparmaq, onların yerinə yetirilməsinə nəzarət etmək, qeydiyyatdan keçmiş sənədlər üzrə lazım olan arayışları vermək ;
3. Sənəd dövriyyəsinin uçot-nəzarət işini təşkil etməklə sənədlərin dövriyyəsinə və icra müddətlərinə nəzarət etmək, pozuntu halları barədə aidiyyəti üzrə məlumat vermək;
4. Vətəndaşların ərizə və şikayətlərinin qeydiyyatına uyğun olaraq onların icrasına nəzarət edir, ərizə və şikayətlərin icra müddəti pozulduqda müvafiq tədbirlərin görülməsi üçün birbaşa rəhbərə məlumat vermək;
5. Vətəndaşların müraciətləri üzrə kargüzarlıq işini aparmaq və vətəndaşların qəbulunu təşkil etmək;
6. Xidməti sənədlərin mühafizəsinin təmin edilməsində iştirak etmək;
7. Kargüzarlıqda başa çatmış sənədli materialları və qeydiyyat kartotekasını hazırlayıb arxivə təhvil vermək;
8. Arxivə daxil olan sənədli materialların mühafizəsini və qorunub saxlanılmasını təmin etmək;
9. Arxiv sənədlərinin elmi və praktiki qiymətləndirilməsi ekspertizası işində iştirak etmək;
10. Arxivin yerləşdiyi yerdə yanğından mühafizə qaydasının gözlənilməsinə riayət etmək;
11. Arxiv sənədlərini və surətlərini vermək və arxiv sənədlərində olan məlumatlar əsasında lazımi arayışlara, tələblərə cavab tərtib etmək və onların hesabını aparmaq;
12. Arxiv işi haqqında hesabat tərtib etmək üçün məlumatlar hazırlamaq və s.
Namizədə bağlı tələblər
- Ali təhsilli və ən azı 1 il iş stajı;
- MS Office proqramlarını yaxşı səviyyədə bilməli;
- Azərbaycan dilini mükəmməl,rus və ingilis dilləri yaxşı səvviyyədə;
İş Şərtləri:
- Həftədə 5 iş günü;
- İş saatları: 09:00-18:00;
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə Kargüzar(Şəki şəhəri) yazaraq [email protected] ünvanına göndərməsi xahiş olunur. Yalnız uyğun namizədlərlə əlaqə yaradılacaq