Tibbi nümayəndə

  • Profderma
  • Elanın qoyulma tarixi: 17.09.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

“Profderma “ şirkəti

Vəzifə: Tibbi nümayəndə

Namizədə olan tələblər:

- 27 yaşdan yuxarı olmayan;
- Müştərilərlə işin təşkili, gündəlik klinikalara baş çəkmək və məhsulları tanıtmaq.
- Qarşıya qoyulan tapşırıqların vaxtı-vaxtında və keyfiyyətlə yerinə yetirilməsi.
- Görülən işlər barədə gündəlik və aylıq hesabatların rəhbərliyə təqdim edilməsi.
- Məhsul bazarının, rəqiblərin araşdırılması, analizlərin aparılması və tələbatın müəyyənləşdirilməsi.

İş təcrübəsi: Sahə üzrə 1 il iş təcrübəsi tələb olunur;
Təhsili/ixtisası: Ali təhsil (tibb və ya əczaçılıq təhsili olanlara üstünlük verilir);
Dil bilikləri: Azərbaycan dilini mükəmməl səviyyədə bilməlidir, rus və ingilis dili arzuolunandır;
Kompüter bilikləri: MS Office;

Fərdi keyfiyyət tələbləri:

Danışıqlar aparmaq bacarığı, ünsiyyət/inandırma/dinləmə/məlumatın düzgün ötürülməsi bacarığı, təqdimetmə bacarığı, konfliktlərin/stresin idarə edilməsi, etibarlılıq, komanda ilə işləyə bilmək, aktiv öyrənmə bacarığı, məsuliyyətlilik (icraetmə bacarığı, vaxtın idarə edilməsi, məqsədyönümlülük, nəticəyə meyllilik bacarığı), təşəbbüskarlıq və yenilikçilik bacarığı.

Maaş: ilkin təklif olunan aylıq maaş - 400 AZN;

İş qrafiki: Həftənin 5 günü, saat 09:00-18:00; 13:00-dan- 14:00-dək nahar;

Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini [email protected] , mövzu hissəsində “Tibbi nümayəndə” qeyd etməklə elektron ünvanına göndərməyiniz xahiş olunur.