Rəngsaz

  • Elanın qoyulma tarixi: 16.09.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Şirkət haqqında:

1994-cü ildə əsası qoyulmuş Veysəloğlu Şirkəti hal-hazırda 13.000 nəfərdən artıq əməkdaşla Veysəloğlu Şirkətlər Qrupu olaraq fəaliyyətinə davam edir. 2019-cu ildə ciddi böyümələr planlayan Veysəloğlu Şirkətlər Qrupu öz karyerasını şirkətdə qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir.

Vəzifə: Rəngsaz
İş yeri: Bakı şəhəri, Məhəmmədi qəsəbəsi
İş təcrübəsi: 2 il
Yaş həddi: 25-45

İşin Təsviri: Şirkətə məxsus avtomobillərin əzilmiş hissələrini təmir edərək rənglənməsini həyata keçirir.

Vəzifə öhdəlikləri:

- Şirkətə məxsus avtomobillərin əzilmiş hissələrini təmir etmək, avtocilalama xidməti göstərmək;
- Avtomobillərin təmir edilmiş hissələrini rəngləmək;
- Aidiyyati əməkdaşlardan təqdim olunan avtonəqliyyat vasitələrini sıralayaraq ardıcıllıqla təmir olunmasını yerinə yetirmək;
- Avtonəqliyyat vasitəsində təmir işi aparmadan öncə birbaşa rəhbərinə məlumat vermək;
- Avtonəqliyyat vasitələrini təmir etmək üçün zəruri olan əşyaların təmin edilməsi ilə aidiyyati şəxslərə müraciət etmək;
- İstifadə etdiyi alətləri qorumaq və avadanlıqlara lazım olan texniki qulluğu göstərmək;
- Şirkətin strukturu və idarəetmə prinsiplərini öyrənmək,subordinasiya və etika qaydalarına riayət etmək;
- Vəzifəsinin icrası ilə əlaqədər tapşırıqları yerinə yetirmək;
- Əməyin mühafizəsi, əmək, nizam-intizam, yanğından mühafizə normaları, texniki təhlükəsizlik,sanitar-gigiyena qaydalarına riayət etmək;
- Sprey ilə boya tətbiqində müvafiq saplo və təzyiq proseduruna əməl etmək, boya tətbiq edərkən yaş qalınlığını ölçmək;
- Şirkətin məqsəd və hədəfləri istiqamətində çalışmaq;
- Rəhbərlik tərəfindən verilən digər göstərişləri vaxtında və düzgün qaydada yerinə yetirmək.

Tələblər:

- Sərbəst üsnsiyyət bacarığı;
- Komanda ilə işləmək bacarığı;
- Layihələri vaxtında yerinə yetirmək.

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Təminatlar:

- İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
- Nahar ilə təmin edilmə;
- Endirimli tibb xidməti;
- Əmək müqaviləsi.

İş qrafiki: 6 günlük

Müraciət qaydaları: [email protected] elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Rəngsaz” yazıb CV göndərərək müraciət edilir.