HoReCa üzrə satış müdiri

  • Camal LTD
  • Elanın qoyulma tarixi: 17.09.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

HoReCa üzrə satış müdiri

Tələblər:

- İş təcrübəsi 3 ildən 6 ilə qədər, ali təhsilli.
- Əla səviyyədə azərbaycan və rus dili bilikləri, ingilis dili arzuolunandır;
- HoReCa satış sahəsində bilik və bacarıqların yüksək səviyyədə olması;
- İdarəetmə bacarığı və müvəffəqiyyətli şəxsi satış təcrübəsi;
- Strateji qərarlar qəbul etmək və nəticələrə görə məsuliyyət daşımaq;
- Yüksək liderlik və danışıq qabiliyyətinin olması;
- Şəxsi avtomobili olanlara üstünlük verilir.

Vəzifələri:

- Satış planları və hədəflərinə nail olmaq üçün HoReCa üzrə satış təmsilçilərinin idarə edilməsi;
- Müştəriləri cəlb etmək üçün kommersiya təkliflərinin hazırlanması. Müştəri bazasının inkişafı və yeni məhsulların təbliği;
- Bölmə və əsas müştərilər tərəfindən satış planlaşdırılması, əsas müştərilərlə ticarət danışıqlarının aparılması;
- Qiymət siyasətinin formalaşdırılması, satışın təhlili və sənədlərin idarə edilməsi. Həftəlik və aylıq satış hesabatlarının hazırlanması;
- Müştəri debitor borclarının idarə edilməsi;
- Satış işçilərinin seçilməsi və uyğunlaşdırılması.

Digər məlumatlar:

- 6 günlük iş həftəsi, tam iş günü;
- 2 aylıq sınaq müddəti;
- Əmək haqqı 1500-2000 manat.

Əlaqə məlumatları:

- Kadrlar şöbəsinin meneceri - Aygün Səfərova
- Tel: (012) 310 10 40 (daxili 216)
- Mob: (+994) 55 500 32 07
- Ünvan: Bakı şəh., Sulutəpə qəs., R.Allahverdiyev küç.,  4/21, döngə 9 "Camal" LTD şirkəti (Dondurma zavodu)
- E-mail: [email protected]

İşəgötürənin reytinqi