İR üzrə mütəxəssis

  • Elanın qoyulma tarixi: 15.09.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İR üzrə mütəxəssis

Namizədə tələblər

• Ali təhsil
• Müvafiq sahədə 2-3 il təcrübəsi olmalı
• MC Excell və 1C proqramlarında işləmək bacarığı
• Azərbaycan dili mükəmməl olmalı

Vəzifələr

• Əmək qanunvericiliyinə, prosedurlar və təlimatlara müvafiq olaraq işçilərin işə qəbulunu, bir vəzifədən digər vəzifəyə keçirilməsini və işdən azad edilməsini həyata keçirmək, işçilərin şəxsi işlərini hazırlamaq;
• Əmək kitabçalarını qəbul etmək, qeydlər aparmaq, əmək stajını hesablamaq, yeni əmək kitabçaları sifariş etmək;
• İş vaxtının qeydiyyat cədvəlini hazırlamaq;
• Məzuniyyət cədvəlinin təşkil etmək, işçilərin istifadə etdiyi məzuniyyətləri siyahıya almaq, təsdiq edilmiş cədvələ müvafiq olaraq növbəti və əlavə məzuniyyətləri rəsmiləşdirilmək;
• Ezamiyyətləri rəsmiləşdirmək və siyahıya almaq;
• İşçilərə əmək fəaliyyətlərinə dair arayışlar və xasiyyətnamələr təqdim etmək;
• İşçilər barədə məlumatları özündə cəmləşdirən məlumat bazası ilə işlənilməsi, lazımi dəyişikliklərin oraya daxil edilməsi;
• Əmək haqqı hesablaması üçün Mühasibatlıq şöbəsi ilə əlaqəli şəkildə fəaliyyət göstərilməsi və tələb olunan vaxtda məlumatların hazırlanaraq təqdim edilməsi.

Yuxarıda göstərilən tələblərə cavab verən namizədlər CV [email protected]  elektron ünvana təqdim edə bilərlər.