İR üzrə mütəxəssis

  • Collezione Italia
  • Elanın qoyulma tarixi: 05.09.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Collezione Italia” fəaliyyət istiqaməti Avropa premium mebel brendlərinin və lüks interyer dizayn predmetlərinin (mebel və mətbəx, santexnika, divar örtükləri, divar kağızları, parket, qapı, pəncərə, pərdə, işıqlandırma, zəngin qab-qacaq kolleksiyası və ev üçün aksessuarların) satışı olan şirkəti üçün “İR üzrə mütəxəssis” vakansiyası elan edir:

Namizədə dair əsas tələblər:

• Azərbaycan, rus, ingilis dillərini yüksək səviyyədə bilməli;
• Azərbaycan Respublikasının Əmək Məcəlləsi və digər qanunvericilik aktlarını mükəmməl bilmək;
• Elektron Hökumət Portalı ilə yüksək səviyyədə işləmə bacarığı;
• Kompüterdən mükəmməl istifadə etmə bacarıqları(xüsusilə MS Word, Excel, Internet);
• Analitik təhlil və qərar qəbuletmə qabiliyyəti.

Əsas vəzifə və öhdəliklər:

• Kadrlara olan tələbin müəyyənləşdirilməsi, vakansiyaların elan edilməsi və uyğun namizədlərin seçilməsi;
• Xidməti fəaliyyətin qiymətləndirilməsi prosedurunun hazırlayıb həyata keçirilməsi;
• Korporativ davranış və daxili nizam-intizam qaydalarının hazırlanması və icrasına nəzarət;
• İşçilərin şəxsi işlərinin formalaşdırılması və qeydiyyatının aparılması, əmək muqavilələrinin yazılması, Elektron Hökumət Portalına daxil edilməsi, vəzifə təlimatlarının hazırlanması, sosial sığorta şəhadətnamələrinin sifariş olunması;
• İşçilərin şəxsi işlərinin məlumat bazasının yaradılması, yenilik və dəyişikliklərin daxil edilməsi;
• Məzuniyyət qrafiklərinin, işəqəbul, xitam, məzuniyyət, ezamiyyə və s. əmrlərinin tərtib edilməsi, işçilərin davamiyyət uçotunun aparılması;
• İşçilərdən aylıq tutulmalara nəzarət və bunun üçün müvafiq hesabatların hazırlanıb mühasibatlığa təqdim olunması;
• Sosial müavinətlərin hesablanması;
• İşçilərin icbari sığortasının və tibbi sığortanın həyata keçirilməsi;
• İnsan resursları şöbəsinə aid hesabatların tərtib edilməsi, rəhbərliyə və ya şöbələrə təqdim edilməsi;
• Ofisdaxili idarəetmə işlərinin həyata keçirilməsi;

İş şəraiti:

• Əmək haqqı: Danışıq zamanı
• İş vaxtı: 10:00-19:00

Uyğun namizədlərdən xahiş olunur ki, şəkilli CV-lərini e-mailin mövzu hissəsində “İR üzrə mütəxəssis” sözlərini qeyd edərək [email protected] e-ünvanına göndərsinlər.
İşə qəbul prosesinin növbəti mərhələləri üçün yalnız tələblərə cavab verən namizədlər dəvət olunacaqlar.