Kassir (Entree Azərbaycan MMC)

  • Elanın qoyulma tarixi: 29.08.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Şirkət haqqında:

1994-cü ildə əsası qoyulmuş Veysəloğlu Şirkəti hal-hazırda 13.000 nəfərdən artıq əməkdaşla Veysəloğlu Şirkətlər Qrupu olaraq fəaliyyətinə davam edir. 2019-cu ildə ciddi böyümələr planlayan Veysəloğlu Şirkətlər Qrupu öz karyerasını şirkətdə qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir.

Vəzifə: Kassir (Entree Azərbaycan MMC)

İş yeri: 28 May filialı, Fəvvarələr meydanı filialı, Axundov bağı filialı
İş təcrübəsi: 0-1 il
Təhsil: Orta
Yaş həddi: 18-35 yaş

İşin Təsviri: Kafedə kassa əməliyyatlarının həyata keçirilməsi.

Vəzifə öhdəlikləri:

- Kassa əməliyyatlarının icrası;
- Müştərilərə məsləhətlərin verilməsi və yüksək səviyyəli xidmət göstərilməsi;
- Hazır məhsulun piştaxtaya yerləşdirilməsi.

Tələblər:

- Riyazi biliklər;
- İş ciddiyyəti;
- Diqqətlilik;
- İşgüzar ünsiyyət və peşə etiketi qaydalarına əməl etmək;
- Rus dili və ingilis dili biliyi (orta səviyyədə);
- Vakansiya üzrə tələb qadın namizədlərədir.

Təminatlar:

- Bir gün istirahət günü;
- Nahar ilə təmin edilmə.

İş qrafiki: Növbəli iş qrafiki

- 1-ci növbə 07:00 – 15:00;
- 2-ci növbə 15:00 – 23:00.

Əlaqə nömrəsi: 055 505 91 51

Müraciət qaydaları: CV-nizi [email protected] elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Kassir-Entree” yazıb göndərməklə müraciət edilir.