SƏTƏM Meneceri
MKT-İK MMC (Pambıq müəssisəsi) SƏTƏM Meneceri vakansiyasına işçi axtarır.
Vəzifə öhdəlikləri:
- Filiallarda əməyin mühafizəsi işinin təşkili və əlaqələndirilməsini həyata keçirmək;
- Filiallarda işçilər tərəfindən əməyin mühafizəsi üzrə qanunvericilik və digər normativ hüquqi aktlara əməl edilməsinə nəzarət etmək;
- İstehsalatda bədbəxt hadisələrin, peşə xəstəliklərinin qarşısının alınması və əmək şəraitinin yaxşılaşdırılması üzrə profilaktik tədbirlər hazırlayaraq həyata keçirilməsini təşkil etmək;
- Əməyin mühafizəsinə dair təlimatları hazırlamaq və tətbiq etmək;
- İşə yeni qəbul olunmuş işçilərə əməyin mühafizəsinə dair giriş təlimatının verilməsini təmin etmək;
- Əməyin mühafizəsinə dair illik tədbirlər planı hazırlamaq və razılaşdırmaq.
Tələblər:
• Ali Təhsil
• SƏTƏM Meneceri olaraq ən azı 5 il iş təcrübəsi
• SƏTƏM üzrə sertifikatların olması (IOSH, NEBOSH)
• Filiallar rayonlarda yerləşdiyi üçün Ezamiyyətə gedə bilmək.
İş qrafiki: 5 günlük, 09:30-18:30
Müraciət qaydaları:CV –ni Azərbaycan dilində [email protected] elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “SƏTƏM Meneceri” yazmaqla müraciət edilir.