General English və IELTS müəllimləri

İşin təsviri

Think Wise Education & Consulting ixtisaslaşmış General English və IELTS müəllimləri axtarır

İş barədə məlumat:

- Tələbələrə fərdi və grup şəklində ingilis dilinin tədrisi
- Hər bir tələbəyə fərdi yanaşma və əlavə materialların hazırlanması
- Müxtəlif dərs metodları, audio və video materiallardan istifadə etməklə dərslərin daha maraqlı keçməsini təmin etmək
- Dərs planını proqramlaşdırmaq və dərslərin proqram üzrə təşkilini təmin etmək
- Tələbələrin dərsə davamiyyəti və aktivliyinin qeydiyyatını aparmaq
- Tələbələrə interaktiv şəkildə dərsi izah etmək

Namizədə tələblər:

- Ali təhsilli
- İngilis dilinin peşəkar səviyyədə tədrisi və təşkilini bacarmalıdır
- İngilis dilini əla səviyyədə bilməlidir
- Dərəcə: IELTS, TOEFL, CELTA və sairə kimi beynəlxalq sertifikatlar
- Minimum 1 il iş təcrübəsi
- Rus dili biliyi mütləqdir
- Pedogoji bacarıq
- Yaxşı ünsiyyət, əlaqə və komanda ilə işləmək bacarığı

Öz CV-nizi [email protected] e-mail ünvanına göndərin.

Ünvan: Mammad Rahim küç.40d

Think Wise Education & Consulting LLC

Tel: +994 50 447 10 90 / +994 (012) 538 04 77

[email protected]

www.thinkwise.az

Think Wise Education & Consulting tərəfindən digər vakansiyalar