Satış Meneceri

  • EduTech
  • Elanın qoyulma tarixi: 28.07.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Satış Meneceri

Namizəddən tələb edilən kriteriyalar:

- Onlayn bizneslərin və startupların işləmə prinsipləri ilə tanışlıq
- Minimum 1-2 il ölkə daxilində əlaqəli sahədə iş təcrübəsi (B2B, B2C)
- Azərbaycan biznes mühitini əla səviyyədə bilmək və biznes metodları ilə tanışlıq
- Azərbaycan və Rus dillərini mükəmməl, İngilis dilini ən az orta səviyyədə bilmək
- Ən azı orta səviyyədə marketinq bilikləri
- Yüksək səviyyədə Excel bilikləri
- Mükəmməl prezentasiya bacarığı və onlayn prezentasiya vasitələrindən peşəkar istifadə
- İnternet və texnoloji avadanlıqlardan mükəmməl istifadə
- Mükəmməl ünsiyyət bacarığı və inandırma qabiliyyəti
- İnsan münasibətlərində usta və komanda formasında işləyə bilən
- Dinamik, enerjili və tez öyrənən
- Müştəri məmnuniyyətini iş prinsipi kimi qəbul etmək
- Satışdan zövq almaq və işini sevmək

Üstünlük veriləcək kriteriyalar:

- Satış, marketinq, biznes idarəetməsi və ya bənzər sahələrdə bakalavr və ya magistr dərəcəsi olan namizədlər
- Startup və ya onlayn bizneslərdə satış, marketinq və ya biznes departamentlərində işləmiş namizədlər
- Öz karyerasını satış sahəsində quran şəxslər

Məsuliyyətlər:

- Satış strategiyası yaratmaq, inkişaf etdirmək və idarə etmək
- Verilmiş satış hədəflərinə çatmaq və aşmaq
- Potensial müştərilərlə təkbətək görüşlər keçirmək, brendi potensial müştərilərə düzgün şəkildə tanıtmaq və satış etmək
- Müştərilərlə sıx əlaqədə olmaq, onların ehtiyac və tələblərini analiz etmək
- Gündəlik müştəri ziyarətləri (ofisdən kənarda)
- Gündəlik hesabatlar
- Satış komandasının qurulması və yeni qoşulanlara təlimlər verilməsi

İş şəraiti:

- Əmək müqaviləsi ilə rəsmi iş (minimum 1 il)
- 20% ofis daxili, 80% ofisdən kənar
- Şəhər mərkəzində rahat ofis
- İş saatları - 09:00/18:00
- Ofis kənarı ziyarətlər üçün avtomobilin təşkili
- BONUS əsaslı iş
- Şirkət tərəfindən təşkil edilən peşəkar satış təlimləri

Əmək haqqı:

700-1200 AZN (700 standart + BONUS sistemi ilə 500 AZN’dək aylıq əlavə gəlir)

CV’lərinizi [email protected] ünvanına göndərməyinizi, xahiş edirik. Bütün namizədlərə növbəti mərhələ haqqında mənfi və ya müsbət cavab veriləcəkdir.