Keyfiyyət İdarəetmə Sistemi üzrə mütəxəssis ( QMS )

  • AVT Logistics
  • Elanın qoyulma tarixi: 15.07.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Şirkət haqqında: 1994-cü ildə əsası qoyulmuş Veysəloğlu Şirkəti hal-hazırda 13.000 nəfərdən artıq əməkdaşla Veysəloğlu Şirkətlər Qrupu olaraq fəaliyyətinə davam edir. 2019-cu ildə ciddi böyümələr planlayan Veysəloğlu Şirkətlər Qrupu öz karyerasını şirkətdə qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir.

Vəzifə: Keyfiyyət İdarəetmə Sistemi üzrə mütəxəssis ( QMS )
İş yeri: Bakı şəhəri
İş təcrübəsi: müvafiq sahə üzrə 3-5 il
Təhsil: Ali
Yaş həddi: 25- 40

İşin təsviri: Şirkətin Keyfiyyət İdarəetmə Sistemini koordinasiyalı şəkildə nəzarət altında saxlamalıdır.

Vəzifə öhdəlikləri:
- Daxili auditlərin standart tələbləri üzərindən komanda şəklində keçirilməsi;
- Bütün şöbələrin siyasəti, iş planı, prosedur, təlimat formaların müvafiq qaydada işlək olmasına nəzarət etmək;
- KPİ-ın bütün şöbələr üzrə izlənilməsi;
- Birbaşa və struktur rəhbərin işlə bağlı lazımi göstəriş və təlimatlarını yerinə yetirmək və s.

Tələblər:
- MS Office proqramları biliyi ;
- Rus dilində orta, ingilis dilində yaxşı yazılı və şifahi ünsiyyət bacarığı;
- Keyfiyyət idarəetmə programlarının inkişafında və tətbiqində təcrübə
- Qeydlərin yenidən nəzər (review) və analitiklik qabiliyyəti
- İş fəaliyyəti üzrə ətraflı bilik və bacarıqlar;
- İSO9001 İnternal auditor, İSO 45001 İnternal auditor, İSO 14001 İnternal auditor, İSO 22000 - Food Safety Management sertifikatlarına malik olması.

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Təminatlar:
- İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
- Nahar ilə təmin edilmə.

Müraciət qaydaları: CV-nizi [email protected] elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Keyfiyyət İdarəetmə Sistemi üzrə mütəxəssis” yazıb göndərməklə müraciət edə bilərsiniz.