Sistem və şəbəkənin idarə edilməsi şöbəsinin Baş mütəxəssisi

İşin təsviri

Bank “BTB” ASC İnformasiya texnologiyaları departamenti, Sistem və şəbəkənin idarə edilməsi şöbəsinin Baş mütəxəssisi vəzifəsinə işə qəbul elan edir.

Sistem və şəbəkənin idarə edilməsi şöbəsinin Baş mütəxəssisi

İş barədə məlumat:

 Gündəlik sistemin monitorinqini həyata keçirmək, bütün proqram təminatının, server resurslarının, sistemlərin və əsas proseslərin yararlılığını və bütövlüyünü yoxlamaq, sistem və proqram girişlərini nəzərdən keçirmək;
 ∙Gündəlik backup əməliyyatları həyata keçirmək;
 ∙LANs, WANs, şəbəkə seqmentləri, internet və intranet sistemləri üzrə dəstəklənməni təmin etmək;
 ∙Sistemin səmərəli işləməsini təmin etmək
 ∙Sistem dizaynı komponentlərinin birgə lazımi səviyyədə işləməsini təmin etmək;
 ∙İstifadəçilər tərəfindən qeyd edilmiş problemləri aradan qaldırmaq;
 ∙Gələcək təkmilləşdirmə üçün tövsiyyələr vermək;
 ∙Şəbəkə və sistem təhlükəsizliyini qorumaq
 ∙Problemləri təhlil və təcrid etmək;
 ∙İstifadəçilərin yararlandığı şəbəkənin əlçətanlığı və təhlükəsizliyini təmin etmək məqsədilə monitorinqin həyata keçirilməsi;
 ∙Sistem performansını qiymətləndirmək və modifikasiya etmək. Texniki KPİ-lara cavabdeh olmaq;
 ∙Şəbəkə bütövlüyünü, serverin fəaliyyətini və təhlükəsizliyini qorumaq;
 ∙Şəbəkə bağlantısını texniki həllər ilə şirkətin LAN/WAN infrastrukturu üzərindən təmin etmək;
 ∙Şəbəkələri dizayn etmək və genişləndirmək;
 ∙Şəbəkənin ünvan təyinatını yerinə yetirmək;
 ∙Marşrutlaşdırma (routing) protokollarını və cədvəl konfiqurasiyasını təyin etmək;
 ∙Autentifikasiya konfiqurasiyasını və direktoriya servislərinin autentifikasiyasini təyin etmək;
 ∙Drayver, personal kompüter, printer və sair kimi şəbəkə vəsaitlərinin individual maşınlarda idarə edilməsi;
 ∙Şəbəkə serverlərini, o cümlədən fayl serverlərini və VPN bağlantılarını qorumaq, sistəmə müdaxiləni aşkarlamaq və s.

Namizədə tələblər:

- Ali təhsil;
- Şəbəkə administratoru üzrə bir ildən az olmayan iş təcrübəsi;
- LANs, WANs, şəbəkə seqmentləri, internet və intranet sistemləri üzrə biliklər;
- Tətbiqi proqramlar üzrə biliklər;
- Komandada və fərdi işləmək qabiliyyəti;
- Tez və düzgün qərar vermək bacarığı;
- Analitik düşünmə qabiliyyəti;
- Azərbaycan və rus dilləri üzrə mükəmməl biliklər, inglis dili bilənlərə üstünlük veriləcək

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 31 İyul, 2019-cu il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Sistem və şəbəkənin idarə edilməsi şöbəsinin Baş mütəxəssisi) göstərməyiniz xahiş olunur.