Satınalma üzrə mütəxəssis

  • Komtec Ltd
  • Elanın qoyulma tarixi: 02.07.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

“Komtec LTD” MMC-nin Satınalma üzrə mütəxəssis

1. Satınalma planının hazırlanması, hər bir satınalma tədbiri üzrə müvafiq fəaliyyət və müqayisə cədvəlinin hazırlanması, satınalmalarla bağlı məlumatların toplanması, qiymət və müxtəlif variantların təqdim edilməsi;
2. Büdcə çərçivəsində nəzərdə tutulmuş malların, işlərin və xidmətlərin satın alınmasını mərkəzləşdirilmiş qaydada  satınalınmasının həyata keçirilməsi;
3. Satınalmalar üzrə müsabiqələrin (açıq, qapalı tender, təkliflər sorğusu, kotirovka sorğusu və s.) təşkili, satınalmaların həyata keçirilməsi ilə bağlı sənədləşmələrin aparılması və bununla bağlı nəzarət funksiyasının yerinə yetirilməsi;
4. Daha sərfəli şərtlər və qiymətlər təklif edən yeni təchizatçıların aşkar edilməsi üçün bazarların təhlil edilməsi;
5. Qəbul edilmiş təkliflərin keyfiyyət, qiymət, çatdırılma və təsnifat cəhətdən təhlil edilməsi;
6. Şirkəti ofis avadanlıqları, material və ləvazimatlarla təchiz edir;
7. Ofisinin sistem və qurğularının işinə nəzarət, onlara baxımın, servis xidmətinin və təmir işlərini təşkil edir;
8. Departamentin funksiyaları daxilində öz fəaliyyətinə aid olan digər işləri yerinə yetirir.

5 günlük iş həftəsi.

Dil və İT bilikləri

Azərbaycan, ingilis və rus dillərini bilmə; MS Office (MS Word, MS Excel,MS Power Point) proqramlarında işləmək qabiliyyəti.

Təhsil –Ali

Xüsusi tələblər – Danışıqlar aparma və inandırma qabiliyyəti, maliyyə göstəriciləri və büdcələmə tələblərini anlamaq, münaqişələri idarəetmə, şifahi və yazılı ünsiyyət, tək və komandada işləmə, stress vəziyyətdə işləmə bacarığı.

CV-lər [email protected] mailinə göndərilsin.