«Atəşgah» Sığorta Şirkəti 1996-cı ildə təsis olunmuşdur. Şirkət müxtəlif sığorta məhsulları, o cümlədən, icbari, əmlak və qeyri-əmlak sığorta məhsullarının satışı ilə məşğuldur. 2011-ci ildən etibarən “Atəşgah” və “Atəşgah Həyat” SŞ birləşərək “Atəşgah” Sığora Qrupunu yaratmışlar. Hal hazırda Bakı şəhərində və regionlarda fəaliyyət göstərən 24 filialda, 500-ə yaxın əməkdaş çalışmaqdadır. “Atəşgah” daima öz işçilərinin inkişafını düşünərək, onlara geniş inkişaf imkanları yaradır. Daha ətraflı məlumat almaq üçün www.ateshgah.com saytına müraciət edə bilərsiniz.
Hörmətli namizəd!
İnanırıq ki, bizim komandanın bir üzvü olaraq, yaxın gələcəkdə Sizin ilk peşəkar uğurlarınıza sevinəcəyik!
Hüquqşünas
Namizədə tələblər
• Təhsil: Ali hüquq təhsili mütləqdir.
• İş təcrübəsi: minimum 3-5 il.
• Dil bilikləri: Azərbaycan dili (əla), Rus dili(arzuolunandır)
Əsas vəzifə öhdəlikləri
• Hüquqi sənədlərin (məktub, ərizə və.s) tərtib edilməsi;
• Şirkəti üçüncü şəxslər, məhkəmələr və dövlət orqanlarında təmsil etmək;
• Məhkəmə işləri ilə bağlı gündəlik, həftəlik, aylıq hesabatlar hazırlamaq;
• Məhkəmə işlərinin reyestri aparmaq;
• Məhkəmə sənədlərinin arxivləşdirilməsini təmin etmək;
• Fəaliyyət göstərdiyi sahə üzrə qanunvericilikdə baş verən dəyişikliklər və dəyişiklik edilməsi gözlənilən normativ hüquqi aktlar barədə arayışlar hazırlamaq;
• Zəruri hallarda fəaliyyət göstərdiyi sahə ilə bağlı sənədlərin tərcüməsini həyata keçirmək.
İş şərtləri
• Əmək müqaviləsi bağlanılır
• İş vaxtı : həftə içi 5 gün / 09:00-dan 18:00 dək.
• Əmək haqqı :1500 AZN
Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini [email protected] -mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “Hüquqşünas ” qeyd etmələri xahiş olunur.