Proses təkmilləşdirmə mütəxəssisi (Logistika sahəsi üzrə) - Mingəçevir şəhəri

  • Elanın qoyulma tarixi: 27.06.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Şirkət haqqında:

1994-cü ildə əsası qoyulmuş Veysəloğlu Şirkəti 2017-ci ildən 12 şirkət və 10.000 nəfərdən artıq əməkdaşla Veysəloğlu Şirkətlər Qrupu olaraq fəaliyyətinə davam edir. Qrupun tabeliyinə Ulduz şokolad fabriki, Veysəloğlu MMC, Araz Supermarket MMC, OBA Retail Chain MMC, Entree, AVT Logistika, AVT Construction, Vesta Horeka, Tru Vega, Veysəloğlu Gürcüstan kimi şirkətlər daxildir. 2018-ci ildə ciddi böyümələr planlayan Veysəloğlu Şirkətlər Qrupu öz karyerasını Şirkətdə qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir.

Vəzifə: Proses təkmilləşdirmə mütəxəssisi (Logistika sahəsi üzrə)

İş yeri: Mingəçevir şəh.
İş təcrübəsi: min. 2 il
Təhsil: Ali iqtisadi təhsil
Yaş həddi: 24-35

İşin Təsviri: Şirkətdə aparılan logistik prosesləri təhlil etmək, proseslərin  optimallaşdırılmasına yönəlmiş təkliflər irəli sürmək  və rəhbərinə lazımi hesabatları təqdim etmək.

Vəzifə öhdəlikləri:

- Şirkətdə aparılan logistik proseslərin optimallaşdırılmasına yönəlmiş təkliflər irəli sürmək ;
- Xərclər smetasını gözləmək və işin effektivliyinin yüksəldilməsinə yönəlmiş yeni sistemləri hazırlamaq, tətbiq etmək və təkmilləşdirmək;
- Prosedurların yazılması və tətbiqini həyata keçirmək;
- Proseslərdə aşkar olunan uyğunsuzluqları həll etmək;   
- Proseslərlə bağlı yaranma ehtimalı olan və yaranan  risklərin qeydiyyatının aparmaq;
- Proseslərlə bağlı məlumatları təhlil etmək.

Tələblər:

- Analitik düşünmə bacarığı;
- Kreativlik, təşəbbüskarlıq;
- MS Office proqramları biliyi;
- Distribyusiya sahəsində iş təcrübəsinin olması üstünlükdür.

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Təminatlar:

- İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
- Nahar ilə təmin edilmə.

Müraciət qaydaları: [email protected] elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Proses təkmilləşdirmə mütəxəssisi-Mingəçevir ” yazmaqla CV göndərərək müraciət edilir.