Ofis meneceri (İmplant məhsulları üzrə)

  • Odontos LTD
  • Elanın qoyulma tarixi: 18.06.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Ofis meneceri (İmplant məhsulları üzrə)

İş haqqında məlumat:

• Məhsullarla bağlı sifarişlərin qəbulu
• Müştəri istək və ehtiyaclarını öyrənmək (zəng vasitəsilə) və həmin ehtiyaca uyğun məhsulları təklif etmək
• Müştəriləri maraqlandıran sualları cavablandırmaq
• Satılan məhsul üzrə qaimə tərtib etmək və kuryer vasitəsilə çatdırılmasını təmin vermək
• Müştərilərin gündəlik və aylıq hesabatını hazırlamaq
• Müdiriyyətin verdiyi tapşırıqları vaxtında və dəqiq yerinə yetirmək
• E-mail vasitəsilə yazışmaları və skype görüşlərini həyata keçirmək

Tələblər:

• Müştərilərlə işləmək bacarığı
• Kompüterdə sərbəst işləmək bacarığı (MS Office, 1C)
• Səlis danışıq qabiliyyəti, məsuliyyətli, dəqiq, səliqəli, işə davamiyyətli
• İngilis dili mütləqdir (ən azı intermediate ) , rus dili arzuolunandır.

İş yeri: Bakı şəhər, Xətai rayonu
Yaş: 21-30 yaş arası xanım
Təhsil: Ali
İş təcrübəsi: minimum 1 il
İş qrafiki: Həftədə 6 iş günü (Bazar günü istirahət)
İş saatı: 09:00-dan 18:00-dək
Əmək haqqı: 350-400 AZN

E - mail : [email protected]

Odontos LTD tərəfindən digər vakansiyalar