Risklərin idarəolunması üzrə baş mütəxəssis

  • PAŞA Sığorta
  • Elanın qoyulma tarixi: 13.06.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

“PAŞA Sığorta” ASC namizədləri “Risklərin idarəolunması üzrə baş mütəxəssis” vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Vəzifə və Öhdəliklər:

- Şirkətin fəaliyyətinin risk limitlərinə uyğunluğunun təhlilini aparır və yayınmalar barədə məlumat verir;
- Daxili qaydalara əsasən risklərin dəyərləndirilməsi və cavab strategiyasının seçilməsi prosesini icra edir;
- Mövcud nəzarət mexanizmlərinin effektivliyinin qiymətləndirilməsi üçün periodik təhlillər aparır, aşkarlanan uyğunsuzluqların aradan qaldırılması üçün təkliflərlə çıxış edir;
- İnsidentlərin və dəyişiklik sorğularının idarəolunması prosesinə nəzarəti həyata keçirir;
- Müstəqil araşdırmalar aparır və nəticələri ilə bağlı hesabatlar hazırlayır;
- İstiqaməti üzrə daxili qayda və prosedurları formalaşdırır və yeniləyir;
- İstiqaməti üzrə daxili təlimlərin keçirilməsində iştirak edir.

Bilik və bacarıqlar:

- Biznesin idarəolunması, iqtisadiyyat, mühasibatlıq, maliyyə, riyaziyyat istiqaməti üzrə ali təhsil;
- 3 il risklərin idarəolunması, audit, daxili nəzarət sahəsində iş təcrübəsi;
- MS Excel, Visio üzrə peşəkar səviyyədə biliklər;
- Azərbaycan və ingilis dillərinin sərbəst istifadə etmək bacarığı, rus dilinin işlək səviyyədə olması;
- CIA və ya ARM imtahanlarında uğurlu nəticə göstərmiş namizədlərə üstünlük verilir;
- Güclü analitik təfəkkür;
- Danışıqların aparılması/ünsiyyət qurma bacarığı;
- Problemlərin effektiv həll edilməsi bacarığı;
- Stressə davamlılıq.

Son müraciət tarixi: 30 iyun, 2019.

Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzü” bölməsində qeyd etməklə CV-nizi [email protected] ünvanına göndərin.