Nəzarət şöbəsinin rəhbəri

İşin təsviri

Bank “BTB” ASC Nəzarət şöbəsinin rəhbəri vəzifəsinə işə qəbul elan edir.

Nəzarət şöbəsinin rəhbəri

İş barədə məlumat:

- Şöbəyə daxil olan bütün sənədlərin vaxtında icra olunmasını təmin edir.
- Müştərilərlə aparılan bütün növ kassa-hesablaşma əməliyyatlarının düzgün aparılmasına nəzarəti həyata keçirir, onları yoxlayır və avtorizasiya edir.
- Müştərilərə göstərilən bank xidmətləri üzrə komissiyaların mövcud tarif dərəcələrinə uyğun tutulmasına nəzarət edir.
- Köçürmə əməliyyatları üzrə məlumatları yoxlayır və avtorizasiya edir.
- Müştərilərin kredit dosyelərinin aparılması, sənədlərin bankdaxili qaydalara uyğun toplanması və hazırlanmasını təşkil edir.
- Çirkli pulların yuyulmasına və FATCA üzrə nəzarəti həyata keçirir və hesabatları  hazırlayır.
- Müştəri hesabları üzrə aparılan  bütün  əməliyyatların qanunvericiliyə və Bankın daxili qaydalarına uyğun aparılmasına nəzarət üçün tam məsuliyyət daşıyır.
- Bankdaxili qaydaların tələblərinə uyğun olaraq, filialın Nəzarət şöbəsi  rəhbərinə aid digər vəzifələri həyata keçirir.

Namizədə tələblər:

 Ali iqtisadi təhsil,
 bank sektorunda ən azı 3 il iş təcrübəsi,
 liderlik bacarıqları;
 MS office proqramında işləmək bacarığı,

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini azərbaycan dilində 11 Iyul, 2019-cu il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində Nəzarət şöbəsinin rəhbəri  göstərməyiniz xahiş olunur.