Mühasib - Təcrübəçi

İşin təsviri

AAG MMC

Vəzifə: Mühasib - Təcrübəçi
Müəssisənin adı: “Atlas Alliance Group” MMC
İş yeri: Bakı şəhəri
Maaş: AZN 250-300

Namizədə Tələblər:

 Ali təhsil (mühasibat, maliyyə, iqtisadiyyat)
  İş təcrübəsi və ya praktikanın olması üstünlükdür lakin vacib deyil.
  Yaş həddi 21-30
  MS Office – Word və Excel proqramı bilikləri
  Rus və İngilis dilləri bilikləri üstünlükdür.
  Beynəlxalq mühasibat uçotu standartları bilikləri üstünlükdür
  Məsuliyyətli, işgüzar, ciddi, ünsiyyətcil və aktiv olmaq
  Analitik düşünmə, düzgünlük və təşkilatçılıq qabiliyyəti olmalıdır.

Əsas Vəzifə Öhdəlikləri:

Aşağıdakı proseslərin öyrənilməsi və sonra bu proseslərdə iştirak:

• Kassa, bank  əməliyyatlarının  həyata  keçirilməsi, qaimə  və  vergi  hesab  fakturaların yazılması, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi;
• Debitor və kreditor hesablaşmaların aparılması;
• Əsas vəsaitlərin alınması, istismara verilməsi, köhnəlməsinin hesablanması, balansdan silinməsi və s.;
• Mal-materialların uçotunun aparılması;
• Gündəlik və aylıq hesabatlarınin tərtib edilməsi;
• Təhtəl hesab, şəxslərlə iş və müvafiq uçotun aparılmasını təmin edilməsi;
• Müəsisənin debitor və kreditorlar üzrə hesablaşmalarının dəqiqliyini təmin edilməsi;
• Əmək haqqının ödənilməsi hesabları, dövlət büdcəsinə ödəmələr, dövlət sosial sığorta haqqı, kapital qoyuluşu və s. tələbat fonduna və digər ehtiyyat fondlarına ayırmaları tərtib edilməsi;
• Vergi orqanlarına və digər dövlət qurumları tərəfindən tələb olunan bütün növ hesabatların hazırlanmasını və təqdim edilməsi;
• Digər mühasibat işlərinin yerinə yetirilməsi.

CV-ləri [email protected] elektron poçt ünvanına göndərməyiniz xahiş olunur. Mövzu hissəsinə “Mühasib - təcrübəçi” qeydi zəruridir