MS Office təlimçisi

  • INNAB
  • Elanın qoyulma tarixi: 09.05.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Innab Peşəkar İnkişaf Platforması aşağıdakı sahə üzrə təlimçi vakansiyası elan edir:

Ms Office (Ms Word, Ms Excel, Ms Powerpoint)

Komandamıza qoşulmaq istəyən MS Office təlimçisi üçün tələblər:

- kompüter elmləri, informasiya texnologiyaları, informatika və digər aidiyyəti sahə üzrə ali təhsil;
- MS Office proqramlarını (xüsusilə Excel) peşəkar səviyyədə tədris etmə bacarığı;
- minimum 1 illik iş təcrübəsi;
- həm fərdi, həm də qrup şəklində tədris qabiliyyəti;
- insanlarla ünsiyyət və komanda ilə işləmək bacarığı;
- məsuliyyətli, səbirli və dəqiq olmalı;
- mütəmadi olaraq öz üzərində çalışmalı;
- Microsoft Office Specialist (MOS) sertifikatı və VBA biliyi üstünlükdür.

Vəzifələr:

- 6-8 nəfərlik qruplarla iş;
- Təlim planı hazırlamaq;
- Mütəmadi olaraq tələbələrin müvəffəqiyyət səviyyələrini qiymətləndirmək və onları ruhlandırmaq;
- Müasir təlim metodlarından istifadə.

İş qrafiki: 10:00 – 18:00

Bizə qoşulmaq istəyən əməkdaşlar CV-lərini “MS Office təlimçi” başlığı altında [email protected] ünvanına göndərə bilərlər.

Əlaqə vasitələrimiz

Tel: 050 290 61 21; 012 594 01 94
E-poçt: [email protected]
Ünvan: Cəfər Cabbarlı 44, Caspian Plaza, 1-ci korpus 12-ci mərtəbə