Şirkət haqqında:
1994-cü ildə əsası qoyulmuş Veysəloğlu Şirkəti hal-hazırda 13.000 nəfərdən artıq əməkdaşla Veysəloğlu Şirkətlər Qrupu olaraq fəaliyyətinə davam edir. 2019-cu ildə ciddi böyümələr planlayan Veysəloğlu Şirkətlər Qrupu öz karyerasını şirkətdə qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir.
Vəzifə: Proses təkmilləşdirmə mütəxəssisi (Logistika sahəsi üzrə)
İş yeri: Bakı şəhəri, Məhəmmədi qəs.
İş təcrübəsi: min. 2 il
Təhsil: Ali iqtisadi təhsil
Yaş həddi: 24-35
İşin Təsviri:
Şirkətdə aparılan logistik prosesləri təhlil etmək, proseslərin optimallaşdırılmasına yönəlmiş təkliflər irəli sürmək və rəhbərə gərəkli hesabatları təqdim etmək.
Vəzifə öhdəlikləri:
- Şirkətdə aparılan logistik proseslərin optimallaşdırılmasına yönəlmiş təkliflər irəli sürmək ;
- Xərclər smetasını gözləmək və işin effektivliyinin yüksəldilməsinə yönəlmiş yeni sistemləri hazırlamaq, tətbiq etmək və təkmilləşdirmək;
- Prosedurların yazılması və tətbiqini həyata keçirmək;
- Proseslərdə aşkar olunan uyğunsuzluqları həll etmək;
- Proseslərlə bağlı yaranma ehtimalı olan və yaranan risklərin qeydiyyatının aparmaq;
- Proseslərlə bağlı məlumatları təhlil etmək.
Tələblər:
- Analitik düşünmə bacarığı;
- Kreativlik və təşəbbüskarlıq;
- MS Office proqramları biliyi;
- Distribusiya sahəsində iş təcrübəsinin olması üstünlükdür.
Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
Təminatlar:
- İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
- Nahar ilə təmin edilmə.
Müraciət qaydaları: [email protected] elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Proses təkmilləşdirmə mütəxəssisi ” yazmaqla CV göndərərək müraciət edilir.