Tibbi Nümayəndə

İşin təsviri

Tibbi Nümayəndə

Vəzifə öhdəlikləri:

• Bazarın araşdırılması yolu ilə yeni müştərilərin aşkar edilməsi, potensial müştərilərin müəyyənləşdirilməsi və müştərilərlə yeni biznes münasibətlərinin qurulması;
• Danışıqların aparılması və yeni əməkdaşlıq müqavilələrinin bağlanması;
• Müştərilərin tələblərini nəzərə alaraq onlara köməklik göstərmək və onları maraqlandıran bütün suallar ətrafında geniş məlumat vermək;
• Müştərilərlə görüşlər keçirmək, təqdimat və təkliflər hazırlamaq;
• Keçirilən aksiya və kampaniyalar haqqında müştəriləri məlumatlandırmaq                                          

Tələblər:

• Ali təhsili olan (tibbi təhsili olanlara üstünlük verilir);
• 25-35 yaşlarında namizədlər                                                                                                           
• Dil bilikləri olan (Rus dilində danışıq bacarığı, İngilis dili arzu olunan);
• Satış sahəsində ən az 2 il iş təcrübəsi olan (tibbi avadanlıq, tibbi material və s.);
• MS Office proqramlarını bilən;
• Ünsiyyətcil, məsuliyyətli və komandada işləmək bacarığı olan;
• Karyerasını satış sahəsində qurmaq istəyi olan;
• Biznes etikası və biznes görüşünə sahib olan;
• Müştərilərlə sıx və yüksək səviyyəli münasibət qura bilən;
• Analitik düşünmə qabliyyəti olan;
• Fikrini dəqiq, lokanik və özünə əminliklə təqdim etmə bacarığı olan;
• Ünsiyyət tərzi ilə müştəriləri cəlb etmə və inandırmaq bacarığı olan;
• Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi olan;

İş haqqında məlumat:

- İş saatları: həftə içi 5 gün 09:00-18:00
- Əmək haqqı: 400-600 AZN

Email address: [email protected]

Əlaqə nömrəsi: (+99412) 440 12 43 /440 11 83