Referent

İşin təsviri

Şirkət:  Railway Logistics Company
Vəzifə:  Referent
Maaş:   500-600 AZN

Vəzifə öhdəlikləri:

• Rəhbərin gündəlik işlərinin, görüşlərinin təşkili və müvafiq qrafiklərin izlənməsi iclasların protokollaşdırılması;
• Daxil olan zənglərin cavablandırılması;
• Qonaqların müvafiq qaydalara uyğun qarşılanması; 
• Müvafiq hesabatların hazırlanması, məktubların yazılması;
• Ezamiyyətlər üçün hazırlıqların görülməsi, marşrutların seçilməsi, səfər planlarının hazırlanması, bilet və lazımi sənədləşmənin təmini;
• Rəhbərin təlimatına əsasən digər tapşırıqların vaxtında və dəqiq yerinə yetirilməsi

Tələblər:

• Ali təhsil;
• Azərbaycan, Rus və İngilis dillərində sərbəst danışmaq, yazmaq;
• MS Office proqramlarında yaxşı səviyyədə işləmə bacarığı;
• Planlama qabiliyyəti, yüksək təşkilatçılıq bacarığı.

Xahiş olunur CV-lərinizi 26 May 2019-ci il tarixinədək e-poçtun mövzu (“subject”) hissəsində “Referent” qeyd etməklə [email protected]  adresinə göndərəsiniz.

Xahiş edirik, nəzərə alasınız ki, yalnız seçilən namizədlərlə əlaqə saxlanacaq.