Texniki nəzarət üzrə mütəxəssis (Beton dirək istehsalı üzrə)

  • Metak
  • Elanın qoyulma tarixi: 17.04.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Texniki nəzarət üzrə mütəxəssis (Beton dirək istehsalı üzrə)

Namizədə tələblər:

- İş yeri: Qusar rayonu
- Ali və ya Orta-texniki təhsil
- 1 ildən az olmayaraq, beton və dəmir-beton məmulatları və konstruksiyaları sahəsi üzrə iş  təcrübəsi
- MS Office proqramlarında işləmək bacarığı
- İstehsal sahəsinin keyfiyyət menecmenti sistemində İSO standart tələblərini bilməli

İşin təsviri:

- Beton məhsulların istehsalında istifadə ediləcək materialların fiziki və kimyəvi analizlərinin edilməsi                                                                                                              
- Beton məhsulların istehsalı zamanı texnoloji prosesin tələblərinin qorunmasına nəzarət
- Məhsulların markalanması və saxlanılma yolları texnoloji prosesin tələblərinə uyğun olaraq aparılmasına nəzarət                                                                                                                                           
- Sınaq avadanlıqlarından, cihazlarından və ölçmə üsullarından təlimata uyğun istifadə edilməsi
- Lazımi analizlərin vaxtında yerinə yetirilməsi və hesabat şəklində təqdim olunması
- Xammal, yarımfabrikat, material və hazır məhsulların mövcud standart və texniki şərtlərə müvafiqliyini təyin etmək üçün laboratoriya analizləri, təcrübə və digər növ tədqiqatların aparılması.
- Zay məhsul, onun səbəblərinin uçotunun aparılması;
- Qüsurlu materialların istehsalata buraxılmasının qarşısının alınması.

Maraqlanan şəxslər rəsmi saytda onlayn-anketi dolduraraq https://www.metak.az/resume/resume.php?vid=133 və ya [email protected] ünvanına CV göndərərək 18.05.2019–cu il tarixinə kimi müraciət edə bilərlər.