Təcrübə Proqramı

  • Collezione Italia
  • Elanın qoyulma tarixi: 16.04.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Collezioneİtalia –Təcrübə Programı

Proqramın mahiyyəti:

“Collezioneİtalia” sosial yönümlü fəaliyyətinə uyğun olaraq gənclərə ilk dəfə 3 aylıq “Təcrübə proqramı” layihəsini həyata keçirir.

Mərhələli dəyərləndirmələr nəticəsində seçiləcək tələbələr və məzunlar Şirkətimizin satış sahəsində təcrübə keçəcəklər. Təcrübəni uğurla başa vuranlar  “Collezioneİtalia”-da daimi işlə təmin olunacaqlar. 

Proqramın məqsədi:

Bu layihənin əsas məqsədi ali məktəblərin bakalavr və magistr pilləsində təhsil alan, təhsil aldığı müddətdə qiymətləri ilə fərqlənən və xüsusi istedadlı tələbələr üçün karyera imkanlarının yaradılmasıdır.

Namizədə olan tələblər:

İşgüzar, çalışqan, satış ruhuna malik, ali təhsilli, rus dili (mükəmməl), ingilis dili (yaxşı) bilən, xoş xarici görünüşlü yaşı 19-dan 25-dək olan tələbələr tələb olunur.

Təcrübə müddəti: 3 aylıq

Son müraciət tarixi: 15 may 2019-cu il

Təcrübəçiyə  aylıq yemək və yol pulu xərclərini qarşılayacaq paket veriləcək.

Müraciət etmək və ərizə formunu doldurmaq üçün aşağıdakı linkə daxil olmağınız xahiş olunur:

https://forms.gle/xzw1KrZ1eicvVSVe6