PHP üzrə aparıcı proqramçı

  • itcity.academy
  • Elanın qoyulma tarixi: 14.04.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

PHP üzrə aparıcı proqramçı

Vəzifələri:

- Kod yazmaq
- Kodlaşdırma tapşırıqlarını yerinə yetirməlidir. Layihənin tamamı və ya böyük bir hissəsinin yazılması üçün məsuliyyət daşımalıdır. Başqalarının kodlarını nəzərdən keçirməli və düzgün və sistemli yazılması üçün istiqamətləndirməlidir.
- Proqram təminatını dizayn etmək və inkişaf etdirmək
- Proqram təminatı layihələrinin analizi və arxitekturasının hazırlanması mərhələsində iştirak etməlidir. Layihə planlarının və təqviminin hazırlanması ilə yanaşı, hazırlanan planın standartlara uyğun olub olmadığını yoxlamalı və bunlarla bağlı rəy verməlidir.
- Məlumatları təhlil etmək
- Layihə müddətində gələn məlumatları sistemləşdirməli və təhlil etməlidir. Ondan həmçinin mövcud proqram modullarını analiz etmək  tələb oluna bilər.
- Nəzarət etmək və hesabat vermək
- Ümumi proqram təminatının hazırlanması prosesinə nəzarət etməlidir. Həm prosesə, həm də layihədə çalışan digər komanda üzvlərinə daimi nəzarət edib onları istiqamətləndirməlidir. Nəticə etibarilə mütəmadi olaraq bu proseslər barədə layihə rəhbərinə hesabat verməlidir. Lahiyə bitimində bütün lazımi texniki sənədləşmənı aparmalıdır.

Tələblər:

● Kompüter elmləri üzrə və ya müvafiq sahə üzrə ali təhsili olan
● Veb proqramlaşdırma üzrə ən azı 5 il təcrübəsi olan
● Ən azı 2 il proqram təminatının hazırlanmasında komandaya rəhbərlik edə bilən
● Analitik düşünə bilən və alqoritmik bilikləri olan
● PHP (ORM, MVC, OOP) bilən və obyekt yönlü təmiz, oxunaqlı kod yaza bilən
● HTML5, CSS3, Bootstrap, JavaScript, jQuery təcrübəsi olan
● React, Vue və ya Angular təcrübəsi üstünlük sayılır
● PHP Framework (Laravel və ya CodeIgniter) təcrübəsi olan
● Git version control sistemi ilə iş təcrübəsi olan
● Linux və terminalda işləməyi bacaran
● Verilənlər bazası (MySQL) təcrübəsi olan, mürəkkəb SQL sorğuları yazmağı və optimallaşdırmağı bacaran
● Verilənlər bazasının modelləşdirilməsi təcrübəsi olan
● Veb sayt və mobil tətbiqlərlə inteqrasiya üçün REST API yazmaq təcrübəsi olan
● Veb layihələrinin təhlükəsizliyi və OWASP təcrübəsi üstünlük sayılır
● Biznesi başa düşə bilən
● Güclü problem analiz etmə, həll etmə və qərar vermə bacarıqları olan
● Çox yaxşı ünsiyyət bacarıqları olan 
● Həm müstəqil, həm də kömanda yönümlü əməkdaşlıq şəraitində işləmə bacarığı olan
● Texniki səviyyədə ingilis dili biliyi üstünlük kimi dəyərləndiriləcək
● Layihələrlər bağlı texniki sənədlərinin hazırlanması təcrübəsi olan

İş barədə məlumat

● Şirkətin veb-layihələrinin hazırlanması, inkişafı və texniki dəstəyi
● İş qrafiki: I-V günlər, 09:00-dan 18:00-dək, VI gün 10:00-dan 18:00-dək
● Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun sənədləşmə
● Tibbi sığorta
● Əmək haqqı: 2000 – 2500 AZN

Əlaqə vasitələri:

Telefon: 012 4099877
E-poçt: [email protected]
URL: https://itcity.academy

itcity.academy tərəfindən digər vakansiyalar