Hüquqşünas

  • Azericard
  • Elanın qoyulma tarixi: 10.04.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

 Vəzifə : Hüquqşünas
İşəgötürən:  «Azərikard» MMC

Təhsil: Ali,
İş təcrübəsi:  ən azı 5 il

Tələblər:

- Ali təhsil (hüquq sahəsi üzrə);
- Dillər: Azərbaycan dili (sərbəst), rus dili (yüksək səviyyədə), ingilis dili (orta səviyyədə);
- Ofis proqramları (MS Word, Excel, PowerPoint) ilə sərbəst işləmək bacarığı;
- Yüksək icraçılıq bacarığı.

Vəzifələr:

- Hüquqi sənədləri o cümlədən, alqı-satqı, icarə, sifariş, əməkdaşlıq müqavilələri, maliyyə və hüquqi məsləhətlər barədə müqavilələr, konfidensiallıq (məlumatların açıqlanmaması), xidmətlərin göstərilməsi müqavilələrinin layihələrini hazırlamaq və rəsmiləşdirmək;
- Hazır müqavilələrə hüquqi rəy vermək;
- Dövlət orqanları tərəfindən olan sorğuları cavablandırmaq;
- Şirkətə aid bütün növ sənədlərin və məktubların hüquqi ekspertizasını aparılmaq;
- Fəaliyyətin qanunvericiliyə uyğunluğunu daim yoxlamaq və uyğunlaşdırmaq;
- Yerinə yetirilən işlər haqda mütəmadi hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək;
- Müəssisənin fəaliyyəti ilə bağlı digər əlaqədar işləri və rəhbərliyin göstərişlərini icra etmək;
- Şirkətin hüquqi işini təşkil etmək;
- Rəhbərlik tərəfindən həvalə edilən digər vəzifələri icra etmək.

Qeyd olunan tələblərə cavab verən namizədlər öz ərizə formalarını (CV) “Hüquqşünas” başlığı ilə [email protected] elektron ünvanına göndərə bilərlər.

İşəgötürənin reytinqi