“Lankaran Springs & Wellness Resort” Həkim-nevropatoloq vəzifəsi üçün işçi qəbulu elan edir
Vəzifə : Həkim-nevropatoloq 
Şöbə : Tibbi bölmə
Dərəcə : 5
Tabeçilik:  Baş Həkim/Baş Həkimin müavini
Əmək funksiyası
 Həkim- nevropatoloq tibbi praktikada tətbiqinə icazə verilmiş müasir profilaktika, diaqnostika, müalicə və reabilitasiya metodlarından istifadə etməklə öz ixtisası üzrə peşəkar səviyyədə tibbi yardım göstərir.
 Müvafiq qaydalara və standartlara uyğun olaraq xəstənin aparılması taktikasınını (anamnezin  toplanması, klinik-laborator tədqiqatların, müayinə və müalicənin aparılması) və diaqnozunu müəyyən edir.
 Mövcüd qaydalara və standartlara uyğun olaraq zəruri müalicəni təyin edir və nəzarət edir, zəruri diaqnostik, müalicə, reabilitasiya və profilaktik prosedur və tədbirləri təşkil edir və ya müstəqil surətdə aparır.
 Müalicə-profilaktika müəssisəsinin başqa bölmələrinin həkimlərinə öz ixtisası üzrə məsləhət yardımı göstərir.
 Ona tabe orta və kiçik tibb heyətinin işinə rəhbərlik edir, öz vəzifə öhdəliklərinin yerinə yetirilməsində onlara kömək edir. 
 Diaqnostik və müalicə prosedurlarının aparılmasının, alət, aparat və avadanlıqların istismarının, dərman preparatlarının səmərəli istifadəsinə, orta və kiçik tibb heyəti tərəfindən təhlükəsizlik texnikası və əməyin mühafizəsi qaydalarına riayət edilməsinə nəzarət edir.
 Orta və kiçik tibb heyətinin ixtisasının artırılması üzrə məşğələlərin aparılmasında iştirak edir.
 Öz işini planlaşdırır və öz fəaliyyətinin göstəricilərini təhlil edir.
 Tibbi və digər sənədlərin müəyyən edilmiş qaydalara uyğun olaraq vaxtında və keyfiyyətli rəsmiləşdirilməsini təmin edir.
 Sanitar-maarifləndirmə işini aparır. Etik davranış qaydalarına riayət edir. 
 Əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ekspertizasının aparılmasında iştirak edir və tibbi-sosial ekspertiza üçün zəruri sənədləri hazırlayır.
 Müəssisə rəhbərliyinin əmr, sərəncam və tapşırıqlarını peşəkar səviyyədə və vaxtında icra edir.
 Qanunvericiliklə müəyyən edilmiş müddətdə işlədiyi istiqamət üzrə təkmilləşdirmə kurslarında iştirak edir, mütəmadi olaraq öz ixtisasını artırır.
 Müəyyən olunmuş qaydada sertifikasiyadan keçir.
 Daxili intizam, yanğın təhlükəsizliyi və təhlükəsizlik texnikası qaydalarına, sanitariya-epidemioloji rejimə riayət edir. Tibb müəssisəsinin fəaliyyətinə, işçilərinə, pasiyentlərə təhlükə yaradan təhlükəsizlik texnikası, yanğına qarşı və sanitariya qaydalarının pozulmasının aradan qaldırılması üzrə, rəhbərliyin vaxtında məlumatlandırılması da daxil olmaqla, operativ tədbirlər görür.
 Sanitar-maarifləndirmə işini aparır. 
 Etik davranış qaydalarına riayət edir. 
 Müəssisə rəhbərliyinin əmr, sərəncam və tapşırıqlarını, peşəkar  səviyyədə və vaxtında icra edir.
 Qanunvericiliklə müəyyən edilmiş müddətdə işlədiyi istiqamət üzrə təkmilləşdirmə kurslarında iştirak edir, mütəmadi olaraq öz ixtisasını artırır.
 Müəyyən olunmuş qaydada sertifikasiyadan keçir.
 Daxili intizam, yanğın təhlükəsizliyi və təhlükəsizlik texnikası qaydalarına, sanitariya-epidemioloji rejimə riayət edir. Tibb müəssisəsinin fəaliyyətinə, işçilərinə, pasiyentlərə  təhlükə yaradan təhlükəsizlik texnikası, yanğına qarşı və sanitariya qaydalarının pozulmasının aradan qaldırılması üzrə, rəhbərliyin vaxtında məlumatlandırılması da daxil olmaqla, operativ tədbirlər görür.
 Rəhbərliyə hesabatların hazırlayır.
 İllik iş qiymətləndirmələrinin keçirilməsində iştirak etmək.
 Öz vəzifələrinin yerinə yetirmələri üçün zəruri bacarıqlara və biliyə malik olduqlarına zəmanət vermək.
 Rəhbərlik tərəfindən tapşırılan vəzifələri yerinə yetirmək .
Namizədə tələblər:
 Qeyd olunan ixtisasa uyğun Ali təhsil
 Minimum 3 illik tibbi təcrübə
 İngilis və ya Rus dillərindən birində  sərbəst danışmaq arzu olunandır
 Ofis proqramlarını bilmək
 Lənkəranda işləmək imkanı
Şirkət tərəfindən təqdim olunur:
 Bakı-Lənkəran-Bakı arasında istirahət günlərində daşınma
 Yaşayışla təminat
 Növbə ərzində yeməklə təminat
 Həftədə 6 günlük iş cədvəli
 Əmək haqqı: müsahibə əsasında təyin olunur
 Tibbi sığorta
Yalnız şəkilli və başlıqda Həkim-nevropatoloq başlığı ilə göndərilən CV nümunələrinə baxılacaq: [email protected]